Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-23,
Seanews
Heyder Eliyev

class="content-title">BMT okeanlarda flora və faunanın mühafizəsinə dair Konvensiyanı müzakirə edir

Dünya okeanı təxminən 200 min identifikasiya olunmuş canlı növlərinə malikdir. Lakin, əslində, bu rəqəm milyonlarla ölçülə bilər. Bu gün Dünya okeanının flora və faunası – nəhəng balinalardan tutmuş kiçik mikroorqanizmlərə qədər olan canlılar müxtəlif mənfi amillərin təsirinə məruz qalır. Bunlar iqlim dəyişməsi, çirklənmə və dənizlərin və okeanların həddindən artıq istismar edilməsidir. BMT dənizin dibinin bioloji müxtəlifliyinin gələcək nəsillərə çatdırmaq üçün yollar axtarır.

AZƏRTAC BMT-nin saytına istinadla xəbər verir ki, təşkilatın Nyu-Yorkdakı mənzil-qərargahında bioloji müxtəlifliyin qorunmasına dair beynəlxalq sənədin hazırlanması üzrə konfrans keçirilir. Yeni saziş BMT-nin dəniz hüququ Konvensiyanın prinsipləri əsasında hazırlanacaq.

Dünya okeanı uzun illər dənizlərin sərbəstliyi haqqında hələ XVII əsrdə irəli sürülmüş doktrina əsasında istismar edilir. Bu sənəddə okeanın dənizin dar zolağınadək bu və ya digər ölkənin sahilləri üzrə milli hüquqlarının və yurisdiksiyasının məhdudlaşdırılması nəzərdə tutulur. Okeanın digər hissəsi tamamilə sərbəst elan edilib və heç bir dövlətə məxsus deyil.

1983-cü ildə BMT-nin Dəniz Hüququ üzrə Konvensiyası qəbul edilib. Onun əsasında dövlətlərin dəniz ərazisində sərhədləri sahildən 12 mil aralıda müəyyən olunub, həmçinin 200 mil hüdudlarında xüsusi iqtisadi zonalar təsbit edilir. Həmin Konvensiya kontinental şelfləri sahildən 350 mil məsafəyədək genişləndirmək hüququnu da nəzərdə tutur.

Dünya okeanı Yer kürəsinin səthinin təxminən dörddəüç hissəsini əhatə edir. Son 150 ildə burada dəniz biomüxtəlifliyinin kəskin azalması müşahidə olunur. Bundan başqa, balıq ehtiyatlarının üçdəbiri həddindən artıq istismara məruz qalır. Beləliklə, Dünya okeanının “ölü zonalar” adlanan ərazisi daha genişlənir.

Yeni sazişdə dəniz ekoloji sisteminin milli yurisdiksiyalar hüdudundan kənarda beynəlxalq səviyyədə mühafizə olunmasına çağırılır. Bu sessiyada təqdim edilən ilk layihə dənizdə genetik resursların qorunmasını və dayanıqlı istifadəsini nəzərdə tutur. Layihənin müəllifləri təklif ediblər ki, dəniz ehtiyatlarının istifadəsi birgə nizamlansın. Sənəddə mühafizə olunan dəniz zonalarının yaradılması, həmçinin onların ekoloji qiymətləndirilməsi və potensialının artırılması öz əksini tapır. Danışıqların gedişində dənizin dibindəki faydalı qazıntıların hasilatı məsələləri də müzakirə olunur.

Konfransda çıxış edən Nigeriya nümayəndəsi 15 illik müzakirələrdən sonra nümayəndələrə sazişin layihəsinin yeni mətninin təqdim edilməsindən məmnunluğunu ifadə edib. O təklif edib ki, sənəddə inkişaf etməkdə olan ölkələrin müasir dəniz texnologiyaları ilə təchiz olunmasına dair müddəalar dəqiq əks olunsun.

Avropa İttifaqının nümayəndəsi ümidvar olduğunu bildirib ki, BMT Baş Assambleyasının qətnaməsində də qeyd olunduğu kimi, sənədin mətni 2020-ci ildə razılaşdırılacaq.

Xatırladaq ki, BMT-nin Dayanıqlı İnkişaf hədəflərindən biri də okeanların, dənizlərin və su ehtiyatlarının mühafizəsi və rasional istifadəsinə həsr olunub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır