Siyakudan dənizə yelkən açan dörd yoldaş - VİDEO
Astaranın Siyaku kəndində eyni məktəbin və sinfin dörd məzunu bu il Azərbaycan Dövlət Dəniz Akademiyasına qəbul olunub.
Tələbələrdən ikisi ilə qeydiyyat zamanı yaxından tanışlıq imkanımız oldu. Onlardan biri Sənan Şirizadə 629,7 bal toplayaraq, ən yüksək nəticəni göstərib. O, qarşıdakı 4 ildə “Dəniz naviqasiyası mühəndisliyi” ixtisasının sirlərini öyrənəcək. Sənanın sinif yoldaşı Bilal Əliyev isə “Gəmiqayırma və gəmi təmiri mühəndisliyi” ixtisasını seçib.
Qeyd edək ki, hazırda Siyakudan 13 tələbə ADDA-da təhsil alır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır