Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-02,
Seanews
Heyder Eliyev

“Maersk Tankers” şirkəti avtonom “yaşıl texnologiya” biznesinə başlayır

“Maersk Tankers” şirkəti Soren Meyerin başçılığı ilə yeni müstəqil rəqəmsal işə başlayır.

Şirkət karbon tullantılarını azaldan və gəmi gəlirlərini optimallaşdıran “SimBunker” adlı proqram məhsulunu hazırlayıb bazara çıxarmağı planlaşdırır.

Proqram “Maersk Tankers” şirkətinin bir hissəsi olaraq hazırlanıb və yeni rəqəmsal biznesin ayrılmaz hissəsidir. “SimBunker” ən yaxşı həlləri təyin edərək gəmi xərclərini optimallaşdırır.

“Maersk Tankers” Soren Meyeri yeni rəqəmsal şirkətin baş direktoru təyin edib. Meyer öz komandasını “Maersk Tankers Digital”ın mövcud komandasının ətrafında quracaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır