Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-19,
Seanews
Heyder Eliyev

Qırmızı dəniz sahillərində turizm dayandırılıb

Koronavirusla əlaqədar Şarm əl-Şeyx də daxil olmaqla Qırmızı dəniz sahillərində turizm fəaliyyəti dayandırılıb.

"Seanews.az" xəbər verir ki, bu barədə bölgənin qubernatoru sərəncam imzalayıb.

Sərəncamla otellərin fəaliyyəti 14 gün müddətinə dayandırılıb, sonuncu əcnəbi turistlər də yola salınıb.

Bundan başqa, turizm sənayesində çalışanlar da 14 gün müddətinə karantinə göndərilir. Onların müayinəsi həmin otellərdə aparılacaq. İstirahət məkanlarında dezinfeksiya işləri aparılacaq.

Misir hökuməti martın 16-dan 31-dək aeroportların da fəaliyyətini dayandırıb. Uçuşlar qadağan edilib və əcnəbi turistləri yola salınması üçün alternativ nəqliyyat vasitələri nəzərdən keçirilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır