Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-09,
Seanews
Heyder Eliyev

Hindistan tezliklə üçüncü təyyarədaşıyan gəminin tikintisinə başlayacaq

Hindistan ölkənin hərbi dəniz donanması üçün yeni təyyarədaşıyan gəmilər tikmək niyyətindədir.

“Seanews.az” xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Racnat Sinq “The Tribune” nəşrinə bildirib.

Onun sözlərinə görə, Hindistan tezliklə üçüncü təyyarədaşıyıcısının tikintisinə başlayacaq.

Yeni təyyarədaşıyan gəminin inşası planları ötən ilin sentyabrında Hindistan Hərbi Dəniz Qüvvələrinin baş komandanı admiral Hari Kumar tərəfindən açıqlanmışdı:"Biz üçüncü təyyarədaşıyıcı üzərində işləyirik, bu da "Vikrant" təyyarədaşıyan gəmisi ilə eyni olacaq. Biz bu təyyarədaşıyan gəminin tikintisi zamanı böyük təcrübə qazanmışıq. Biz artıq növbəti təyyarədaşıyan gəminin yaradılması imkanlarını nəzərdən keçiririk.”

Xatırladaq ki, Hindistanın özünün  konstruksiyası və istehsalı olan ilk təyyarədaşıyan “Vikrant” (sanskrit dilindən tərcümədə – “Cəsur”) ötən ilin sentyabrında rəsmi olaraq ölkənin hərbi dəniz qüvvələrinə qəbul edilib.

Yüngül təyyarə gəmiləri sinfinə aid olan "Vikrant"ın uzunluğu 262 metr, eni 62 metr və yükgötürmə qabiliyyəti təxminən 45 min tondur. Maksimal sürəti 28 düyün təşkil edən gəmidə 30-a qədər müxtəlif tipli təyyarə və helikopterlər yerləşdirilə bilər. Gəminin heyəti təxminən 1600 nəfərdir.

Hindistan Hərbi Dəniz Qüvvələrinin həmçinin “Vikramaditya” təyyarədaşıyan gəmisi (Rusiyanın keçmiş “Admiral Qorşkov” kreyseri) var.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır