

İspaniyada quru yük gəmisində yanğın baş verib
İspaniyanın “Almeria” limanında yan almış “San Trela” yük gəmisində yanğın baş verib.
"Seanews.az" xəbər verir ki, yanğın qısa zamanda söndürülsə də, 3 saat sonra yenidən başlayıb. Hadisə yerinə yenidən gələn yanğınsöndürənlər yanğını tam söndürməyə nail olublar.
Hadisə nəticəsində dəymiş ziyanına məbləği məlum olmasa da, ilkin rəyə görə gəmiyə çox ciddi ziyan dəyməyib.
Xəsarət alanlar barədə məlumat verilməyib. Hazırda hadisənin səbəbləri araşdırılır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır