Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-02-14,
Seanews
Heyder Eliyev

“Maersk”in gözlənilməz Süveyş qərarı: Gəmilər qəfildən marşrutu dəyişdi

“Maersk” gəmilərinin Süveyş kanalı marşrutunda qeyri-müəyyən hərəkətləri yükdaşıyanlar və sənaye analitikləri arasında ciddi çaşqınlıq yaradıb.

“Seanews.az” xəbər verir ki, bu gərginlik xüsusilə kanal vasitəsilə hərəkət etməsi planlaşdırılan ilk gəminin qəfildən marşrutunu dəyişərək cənuba yönəlməsi ilə daha da artıb. Belə ki, Asiyaya doğru yola çıxan "Maersk Detroit" gəmisi Mərakeş sahillərində qəfildən istiqamətini Ümid burnuna tərəf dəyişib.

Eyni zamanda, "Maersk Canyon" gəmisinin transponderini söndürməsi və "Maersk Pittsburgh" gəmisinin Oman yaxınlığında təyinat nöqtəsi olmadan hərəkətsiz qalması da müəmmaları artırıb.

Analitiklər bu vəziyyəti daşıyıcıların ehtiyatlı davranması və hər an dəyişə bilən planların göstəricisi kimi qiymətləndirirlər. Maersk rəsmiləri isə məsələyə fərqli izah veriblər.

Şirkətin sözçüsü "Maersk Detroit" gəmisinin marşrut dəyişikliyini Aralıq dənizinin qərbindəki əlverişsiz hava şəraiti və ciddi gecikmələrlə əsaslandırıb. "Maersk Canyon" gəmisinin isə icarəyə götürülmüş gəmi olduğu və birbaşa Ümid burnundan keçəcəyi bildirilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır