Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-02-13,
Seanews
Heyder Eliyev

Gəmi və limanlarda yer probleminə son: Qatlanan konteynerlər sınaqdan keçiriləcək

ABŞ-ın Yuta ştatında yerləşən "GenFlat Holdings" şirkəti Türkiyənin "Arkas Line" gəmiçilik şirkəti ilə altı aylıq sınaq müqaviləsi imzalayıb. 2026-cı ilin aprelindən etibarən konkret bir ticarət marşrutu üzrə başlayacaq sınaqlar çərçivəsində qatlanan "GenFlat" konteynerləri real şəraitdə test ediləcək.

“Seanews.az” xəbər verir ki, bu konteynerlər cəmi 80 saniyəyə qatlanır, 20 saniyəyə isə yenidən açılır. Bu texnologiya sayəsində dörd qatlanmış konteyner cəmi bir standart konteyner qədər yer tutur. Şirkətin iddiasına  görə, "4-ün 1-ə" nisbətində yığılma imkanı fraxt, terminal və aşırım xərclərini 75%-dək azalda, karbon tullantılarını minimuma endirə və limanlarda yaranan sıxlığı aradan qaldıra bilər.

Boş konteynerlərin yerini dəyişmək həm maliyyə, həm də ekoloji baxımdan daşıyıcılar və terminallar üçün ən böyük çətinliklərdən biridir. İllər ərzində bir çox şirkət qatlanan konteyner konseptini bazara təqdim etməyə çalışsa da, indiyədək bu ideya geniş kütləvi istifadə səviyyəsinə çatmayıb. "Arkas"ın bu addımı texnologiyanın gələcək taleyi üçün həlledici ola bilər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır