İstanbul boğazı 6 noyabrda 14 saat ticarət gəmilərinin keçidinə bağlı olacaq
İstanbul boğazı 6 noyabr 2022-ci il, saat 00:01-14:00 arasında ticarət gəmiləri üçün bağlı olacaq.
“Seanews.az” xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi, Dənizçilik Baş İdarəsi dənizçilərə müraciət edib.
Qeyd olunub ki, oktyabr-noyabr aylarında Boğazda balıqların sayı çox olur və bu aylarda balıq ovçuluğu qadağandır. Balıqçılardan daxil olan müraciətləri nəzərə alaraq 6 noyabr tarixində 14 saat ərzində ərazidə ov sərbəst olacaq. Bu səbəbdən də Boğaz bağlı olacaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır