ASCO əməkdaşları arasında stolüstü tennis turniri keçiriləcək
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) əməkdaşları arasında stolüstü tennis turniri keçiriləcək.
ASCO-nun idman üzrə 2023-cü ilə dair illik planına əsasən turnir yanvarın 27-də baş tutacaq.
Azərbaycan Dəniz Nəqliyyatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsində təşkil olunacaq yarışda iştirak etmək istəyənlər ASCO-nun Sosial inkişaf və nəqliyyat departamentinə müraciət edə bilərlər.
Qeyd edək ki, bu cür idman tədbirlərinin keçirilməsində əsas məqsəd sağlam həyat tərzini təbliğ etmək, əməkdaşlar arasında əlaqələri gücləndirməkdir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır