Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-02-29,
Seanews
Heyder Eliyev

“Samra Midas Group” “HMM” şirkətinin səhmlərinin satışı üzrə tenderdə iştirakdan imtina edib

“Samra Midas Group” (“HMM”-nin partnyoru olan “SM Line”-nin ana şirkəti) 2016-cı ildə borc mübadiləsindən sonra Cənubi Koreya hökumətinin nəzarətinə keçən “HMM” şirkətinin səhmlərinin 57,87%-nin satışı üzrə tenderdə iştirakdan imtina edib.

“Seanews.az" xəbər verir ki, “SM Group”-un “HMM”-də dövlət payını almaq istəyini ilk olaraq sədri Vo O Hen dilə gətirsə də ərizə təqdim edilməyib.

Vo O Hen bildirmişdi ki, şirkətin “HMM”-in əksər hissəsini almaq üçün vəsaiti var. “Biz inanırıq ki, “HMM” üçün məqbul qiymət təxminən 4 trilyon von (3,15 milyard dollar) təşkil edir. Biz hətta 4,5 trilyon von (3,5 milyard dollar) təklif edə bilərik, lakin qiymət bu səviyyəni hətta bir von keçərsə, biz almaqdan imtina edəcəyik”.

“HMM-də 57,87% dövlət payı 3,8 milyard dollardan 7,6 milyard dollara qədər qiymətləndirilir ki, bu da “SM Group”-un vəsait çatışmazlığı səbəbindən geri çəkildiyini göstərir.

“Linerlytica” analitiklərinin fikrincə, avqustun əvvəlində “SM Group” “HMM”-də 6,6% paya sahib idi və bu, şirkəti dövlətə məxsus Koreya İnkişaf Bankından (KDB) və Koreya Dəniz Gəmiçiliyinə Dəstək Korporasiyasından (KOBC) sonra üçüncü ən böyük səhmdara çevirdi.”

Beləliklə, “HMM”-ni almaq üçün dörd iddiaçı qalır: konteyner xətti “Hapag-Lloyd”, logistika şirkəti “LX Pantos”, “Harim Group” (toplu daşıyıcı “Pan Ocean”-ın ana şirkəti) və dəniz məhsulları və logistika üzrə ixtisaslaşan “Dongwon Group”.

Xatırladaq ki, Cənubi Koreyanın Dəniz Sənayesi Federasiyası və Busan Liman İnkişafı Assosiasiyası Almaniyanın “Hapag-Lloyd” şirkətinin “HMM”-nin alınması üçün tenderdə iştirakına qarşı çıxıb və “HMM”-nin xarici şirkətə satışını əngəlləməyə çağırıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır