Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-27,
Seanews
Heyder Eliyev

“Gəmiçilik, gənc ixtiraçılar və innovasiya” müsabiqəsinin birinci mərhələsi başa çatıb

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) təşkilatçılığı ilə “AzeRobot Education” Robototexnika Tədris Mərkəzinin üzvləri arasında elan olunan “Gəmiçilik, gənc ixtiraçılar və innovasiya” müsabiqəsi çərçivəsində iştirakı qeydə alınmış komandalara konseptual layihələrin təklif edilməsi üçün verilmiş 15 gün müddət başa çatıb.

Bununla əlaqədar “AzeRobot Education” Robototexnika Tədris Mərkəzində həmin komandalarla görüş keçirilib.

Görüşdə bildirilib ki, bundan sonra münsiflər heyəti 10 gündən gec olmayaraq təqdim olunmuş layihələr sırasından II mərhələdə iştirak hüququ qazanmış layihələri seçəcəklər. Bu mərhələdə prototipin hazırlanması üçün ASCO tərəfindən komandalara müəyyən büdcə ayrılacaq. Bundan sonra komandalar 60 gün ərzində (1 iyun 2024-cü il tarixinədək) layihələrini hazırlayıb təhvil verəcəklər.

Həmçinin müsabiqə işlərinin qiymətləndirilməsi məqsədilə müəyyənləşdirilən meyarlar da bir daha iştirakçıların diqqətinə çatdırılıb. Bildirilib ki, layihələri ASCO və “AzeRobot Education”-nun nümayəndələrindən ibarət 13 nəfərlik münsif heyəti qiymətləndirəcək.

Daha sonra komandalar konseptual layihələri barədə qısa məlumat verib, həmçinin təşkilatçılara onları maraqlandıran suallarını ünvanlayıblar.

Qeyd edək ki, “Gəmiçilik, gənc ixtiraçılar və innovasiya” müsabiqəsinin əsas məqsədi Prezident İlham Əliyev tərəfindən elan olunan “Yaşıl Dünya naminə həmrəylik İli”nə töhfə vermək, eləcə də gənc ixtiraçılara dəstək göstərmək, onların layihələrinin gəmiçilik sahəsində tətbiqi imkanlarını qiymətləndirmək və reallaşmasına imkan yaratmaq, gənclər arasında innovativ texnologiyalar, süni intellekt texnologiyaları, mühəndislik və elektro-robototexnika sahəsini təbliğ etməkdən ibarətdir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır