Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-06,
Seanews
Heyder Eliyev

Nanşa limanı tam avtomatlaşdırılır - VİDEO

Çində dünyanın ilk tam avtomatlaşdırılmış limanı qurulur.

“Seanews.az”  xəbər verir ki, Nanşa limanı Çinin cənubunda yerləşir. Son illərdə burada əşyaların interneti, 5G rabitəsi, pilotsuz nəqliyyat vasitələri, süni intellekt kimi yeni texnologiyalar fəal şəkildə inteqrasiya olunub.

Bütün bunlar çay, dəniz və dəmir yolu multimodal daşımaları üçün dünyada ilk tam avtomatlaşdırılmış limana çevrilən yükaşırma müəssisəsinin dördüncü mərhələsində öz əksini tapıb. Avtomatlaşdırılmış limanın nizamlı və səmərəli işləməsi üçün təkcə innovativ avadanlıqlar deyil, həm də kompleks proqram təminatı tələb olunur. Buna görə, burada hər şeyi idarə edən “super beyin” yüksək intellektə malik mürəkkəb bir sistemdir. "Super beyin" ağıllı alqoritmlərdən istifadə edərək bir çox növ tapşırıqları birləşdirə və planlaşdırma həyata keçirə bilir. Məsələn, bu, müxtəlif iş ssenariləri üçün resursların ayrılması, optimal marşrutların tərtib edilməsi və təhlükəsizliyin təmin edilməsinə aiddir.

Bütün avadanlıqlar, eləcə də Nanşa limanının özünün dördüncü mərhələsinin “ağıllı” sistemi çinli mütəxəssislərin istehsalıdır. Gələcəkdə dördüncü mərhələ nümunəsi ilə Çində bütün ənənəvi terminalların transformasiyası planlaşdırılır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır