Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-18,
Seanews
Heyder Eliyev

“MOL” ərzaq məhsulları daşıyan tankerini təmizləyici və CO2 tutma sistemi ilə təchiz edir

Yaponiyanın “Mitsui O.S.K. Lines” (“MOL”) qrupu 2024-cü ilin sonuna qədər “Nexus Victoria” ərzaq məhsulları daşıyan tankerdə (LR1 ölçülü, dedveyti 75 min ton) kükürd emissiyalarını təmizləmək üçün karbon qazı tutma sistemi qurmağı planlaşdırır.

“Seanews.az” xəbər verir ki, bu barədə “MOL”-un məlumatında deyilir.

Avadanlığı Niderlandın sistem istehsalçısı “Value Maritime” (“VM”) şirkəti çatdıracaq. İşlənmiş qazlardakı kükürd oksidlərini və hissəcikləri 99%-ə qədər çıxara bilən “VM Filtree” sistemi, həmçinin işlənmiş qazlardan karbon qazını 10%-ə qədər ayıran və toplayan Karbon Tutma və Saxlama (CCS) funksiyasına malikdir.

Məlumatda vurğulanır ki, Yaponiyada ilk dəfə olaraq donanma operatoru kommersiya əsasında gəminin göyərtəsində CO2 tutma sistemi quraşdıracaq.

2035-ci ilə qədər ekoloji proqram həyata keçirən “MOL Group” hesab edir ki, “Filtree” texnologiyası alternativ yanacağa keçirilməsi çətin olan gəmilərdə karbon emissiyalarının zərərsizləşdirməsində effektiv vasitə olacaq.

“Mitsui O.S.K. Lines” (“MOL”, Tokio) dünyada həftəlik xətti gəmiçilik və logistika xidmətlərinin ən böyük və çoxşaxəli şəbəkələrindən birini idarə edən multimodal nəqliyyat qrupudur. Qrupun 697 gəmidən ibarət donanmasının ümumi dedveyti 50,7 milyon tondur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır