Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-06,
Seanews
Heyder Eliyev

İki şirkətin birləşməsi ilə dəniz külək sənayesində ən böyük Avropa xidmət təminatçısı yaradılıb

“Cadeler” və “Eneti” şirkətlərinin birləşməsi ilə dənizdə külək stansiyalarında külək turbinlərinin quraşdırılması üçün ən böyük xidmət təminatçılarından biri yaranıb.

“Seanews.az” xəbər verir ki, birləşmiş qrup “Cadeler” brendi altında fəaliyyət göstərəcək, onun baş ofisi Kopenhagendə (Danimarka) yerləşəcək.

“Cadeler”-in hazırkı baş direktoru Mikkele Glerupa görə, birləşmənin dəniz külək sənayesi üçün müsbət nəticələri çox olacaq. Bütün prosedurlar başa çatdıqdan sonra Mikkele Glerup öz vəzifəsini qoruyacaq, Peter Brogaard Hansen maliyyə direktoru olacaq. Birləşən şirkətin direktorlar şurasına Andreas Sohmen-Pao rəhbərlik edəcək. “Eneti” şirkətinin hazırkı baş direktoru Emanuele Lauro direktorlar şurası sədrinin müavini seçiləcək.

Yeni şirkətin Danimarka, Böyük Britaniya, ABŞ, Yaponiya və Tayvanda nümayəndəlikləri yerləşəcək.

“Cadeler” (“CDLR”) dəniz külək enerjisi qurğularını quraşdırır, istismar edir və onlara xidmət göstərir. Şirkət dəniz külək turbinlərinə xidmət göstərmək üçün müasir gəmilər parkına malikdir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır