qram vasitəsi ilə dənizçilər öz fiziki və emosional vəziyyətlərinə nəzarət edə biləcək
Mobil proqram vasitəsi ilə dənizçilər öz intellektual, emosional, fiziki vəziyyətlərinə nəzarət edə biləcəklər. “Sailors Society” Dənizçilər Cəmiyyəti sədrinin müavini Sandra Uelç yeni innovasiyanın kifayət qədər uğur qazandığını bildirib. “Biz bu yeniliyi keyfiyyətcə yeni mərhələyə qaldırmağa hazırıq. Bunun üçün də “Wellness at Sea” proqramı yaradılıb”,-deyə Sandra Uelç bildirib. Proqram hər gün dənizçiyə onun emosional, fiziki vəziyyəti ilə bağlı suallar ünvanlayır. Verilən cavablara əsasən ümumi mənzərə yaradılaraq yekun vəziyyət haqqında hesabat təqdim olunur. Eyni zamanda proqramda dənizçilərə yardım edə biləcək liman və təşkilatların kataloqu da yerləşdirilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır