Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-06,
Seanews
Heyder Eliyev

Robotlar ağır işlərdə dənizçilərin yükünü xeyli azaldacaq

“Mitsui O.S.K. Lines, Ltd.” (“MOL”) və Yaponiyanın kibernetik biotexnologiyanın inkişaf etdirilməsi ilə məşğul olan “Meltin MMI” şirkəti gəmilərə quraşdırılması da daxil olmaqla uzaqdan idarə olunan robotlardan dəniz nəqliyyatında istifadə edilməsi haqqında anlaşma memorandumu imzalayıblar.

Memorandum, “MOL”-un okean gəmiçiliyi əməliyyatlarında “Meltin”-in uzaqdan idarəetmə texnologiyasını – robotlarını tətbiq etmək üçün birgə araşdırma aparmağı nəzərdə tutur.

“MOL” tərəfindən qeyd edildiyi kimi, dəniz gəmiçiliyinin qarşısında duran problemlər arasında təkcə qəzaların qarşısının alınması və dəniz üzgüçülüyünün təhlükəsizliyinin təmin edilməsi deyil, həm də müştəri ehtiyaclarını daha yaxşı qarşılamaq üçün yükdaşımaların keyfiyyətinin yüksəldilməsi də var. Buna görə də, avtonom üzgüçülük və uzaqdan idarəetmə kimi yeni texnologiyaların orta və uzun dövr üçün əhəmiyyəti artır.

“Meltin”-in təhlükəli, çox əmək tələb edən, son dərəcə yüksək və aşağı temperaturda yerinə yetirilən işlərdə istifadə üçün nəzərdə tutulmuş robotların tətbiqi xüsusilə çətin tapşırıqları həll edərkən dənizçilərin yükünü xeyli azaldacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır