Dünyanın ən böyük və ən bahalı yaxtası tikilir
İtaliyanın memarlıq şirkəti dünyanın ən böyük və ən bahalı yaxtasını inşa edir.
Tikintisi 2033-cü ildə başa çatacaq yaxtaya "Pangea" adı veriləcək.
Üzən vasitə nəhəng tısbağa şəklində inşa ediləcək. Onun içərisində alış-veriş mərkəzləri, restoranlar, evlər və s. olacaq. Yaxtanın hazırlanması 8 milyard dollara başa gələcək.
Gəminin uzunluğu 550 metr, genişliyi isə 610 metr təşkil edəcək.
Yaxta Səudiyyə Ərəbistanının Ciddə şəhərindəki Kral Abdulla limanında tikiləcək.
Mənbə: Haber Global
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır