Azərbaycan Kuboku: "Səbail" 1/4 finala yüksəlib
"Səbail" futbol üzrə Azərbaycan Kubokunda 1/4 finala vəsiqə qazanıb.
"Dənizçilər" 1/8 finalda MOİK-i 4:0 hesabı ilə məğlub edib. "Dənizçilər"in qollarını 18-ci dəqiqədə Franko Mazurek, 30-cu dəqiqədə Ədilxan Qarəhmədov, 75-ci dəqiqədə Mirabdulla Abbasov və 90-cı dəqiqədə Maksim Çex vurub.
"Səbail" növbəti raundda "Sabah" - "Qaradağ Lökbatan" cütünün qalibi ilə üz-üzə gələcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır