Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-27,
Seanews
Heyder Eliyev

Gəmilərə içməli suyun verildiyi plastik butulkaların illik tədarükündən Aya körpü çəkmək olar

Gəmilərə içməli suyun verildiyi plastik butulkaların illik tədarükündən Aya eni bir yarım metr olan körpü çəkmək olar.

Bu məlumatı Beynəlxalq Dəniz Satınalma Assosiasiyasının (“International Marine Purchasing Association” – IMPA) himayəsi altında ekoloji layihələrin həyata keçirilməsi və ilk növbədə, plastik tullantıların miqdarının azaldılması üçün dəniz sənayesi nümayəndələrinin səylərini birləşdirmək və dəstəkləmək məqsədilə yaradılan “IMPA SAVE” təqdim edib. 

“IMPA SAVE”-nin  hesablamalarına görə, dəniz sənayesi hər il 1 milyard litr su alır və nəticədə təkcə istifadə edilmiş plastik şüşələrdən təxminən 40 ton plastik tullantı yaranır. “IMPA SAVE”-yə rəhbərlik edən “Stena” qrupu daxilində “Northern Marine Group”-un biznesin inkişafı üzrə meneceri Mikael Karlssonun sözlərinə görə, 40-dan çox gəmi sahibi və operatoru və 30-dan çox təchizatçı artıq bu problemin həlli üçün çalışır.

Menecer hesab edir ki, vəziyyətdən daha sadə və tez çıxış yolu gəmidə duzsuzlaşdırma qurğusunun olmasıdır. Beləliklə, 2025-ci ilə qədər plastik butulka problemini həll etmək və bununla da ətraf mühitə dəyən zərəri xeyli azaltmaq mümkün olacaq.

Eyni zamanda, duzsuzlaşdırma qurğusu gəmi sahiblərinə və operatorlara minlərlə birdəfəlik plastik şüşə almaqdan daha ucuz başa gələcək. “Bizim məlumatımız var ki, bir gəmi plastik butulkalarda içməli su almaq üçün ildə 6000 dollar, üstəlik nəqliyyat və tullantıların gəmidən aparılması üçün daha 3000 dollar xərcləyir. Duzsuzlaşdırma qurğusu 3000-6000 dollara başa gələcək, yəni o, ilk il ərzində özünü doğruldacaq”, - deyə M.Karlsson əminliklə bildirib.

Dünya donanmasının təqribən 10%-nin sahibləri və operatorları bortda suyu duzsuzlaşdırma texnologiyasına keçmək niyyətindədirlər, lakin bir çox şirkətlər heyətlər duzsuzlaşdırılmış suyun keyfiyyətinə inanmadıqları üçün dəyişikliklərə hazır deyillər.

Seanews.az

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır