Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-26,
Seanews
Heyder Eliyev

Çinin Antarktika ekspedisiyası başa çatıb

Çinin Antarktika ekspedisiyası başa çatıb.

“Seanews.az” xəbər verir ki, ümumilikdə, Çin Təbii Sərvətlər Nazirliyinin təşkil etdiyi ekspedisiya beş ay davam edib və bu müddət ərzində onun iştirakçıları 80 mindən çox dəniz mili qət ediblər.

Genişmiqyaslı elmi missiya 2023-cü ilin noyabrında “Xuelong” və “Xuelong-2” buzqıran gəmilərinin Şanxaydan Antarktida sahillərinə doğru yola düşməsi ilə başlayıb. Daha sonra onlara tikinti materialları və avadanlıqları çatdıran “Tianhui” yük gəmisi də qoşulub.

7 fevral 2024-cü ildə iki aylıq işdən sonra Çinin beşinci Antarktika tədqiqat stansiyası istifadəyə verilib. Çin alimləri Amundsen dənizi və Ross dənizində su və atmosferin vəziyyətini qiymətləndirmək də daxil olmaqla, bir sıra iqlim və ekoloji tədqiqatlar aparıblar.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır