Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-10-04,
Seanews
Heyder Eliyev

MDB-yə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının iclasının bir qrup iştirakçısı gəmi-muzeydə olub

Müstəqil Dövlətlər Birliyinə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının katibi Zimin Vladimir Petroviç və Müstəqil Dövlətlər Birliyinə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının katibliyinin əməkdaşları “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Suraxanı” gəmi-muzeyində olublar.

Ziyarətçilər Azərbaycan və dünya gəmiçilik tarixinin, ənənələrinin əks olunduğu ekspozisiya zalları ilə yaxından tanış olublar. Muzeydəki eksponatlarla yanaşı, zalların qeyri-adi quruluşu və burada tətbiq olunan innovativ yeniliklər qonaqların böyük marağına səbəb olub.

Qonaqlar dünyanın ilk tanker muzeyini ziyarətdən razı qaldıqlarını və buradan xoş təəssüratlarla ayrıldıqlarını bildiriblər.

Qeyd edək ki, sentyabrın 15-də Bakıda Müstəqil Dövlətlər Birliyinə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 33-cü iclası keçirilib. Toplantıda Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan və Rusiyanın Baş prokurorları, MDB Baş prokurorların Əlaqələndirmə Şurasının icraçı katibi, eləcə də MDB Katibliyi və MDB-nin Anti-terror mərkəzinin məsul şəxsləri iştirak ediblər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır