Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-19,
Seanews
Heyder Eliyev

ləcəyin dənizçiləri Qara dənizə təcrübəyə yollanı

Dövlət Dəniz Akademiyasının III kursda oxuyan altı tələbəsi “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin təşəbbüsü ilə Qara dənizdə təcrübə keçəcəklər. Onların üçü gəmi sürücüsü, üçü isə mexanik ixtisası üzrə təhsil alır. AXDG-nin İnsan resurslarının idarəedilməsi departamentinin təlim və gənclərlə iş üzrə koordinatoru Cabir Süleymanlı tələbələrin kamil mütəxəssis kimi yetişməsində bu  təcrübənin böyük rol oynayacağını bildirir.   “Biz bu layihəni ikinci ildir həyata keçiririk. Keçən il dörd nəfər göndərilmişdi. Seçimlər aparılarkən öncə ADDA ilə məsləhətləşirik. Həm dekanların, həm də müəllimlərin  bu məsələdə fikirləri öyrənilir. Daha sonra yüksək bal toplayan, intizamlı, ingilis və rus dillərində müəyyən səviyyəyə malik olan tələbələr müsahibə mərhələsinə çağırılır. Həmin mərhələdən uğurla keçənlər Qara dənizə təcrübəyə göndərilir.” Cabir Süleymanlının sözlərinə görə, gələcəkdə təcrübəyə göndərilən tələbələrin sayı artırılacaq: “Ümid edirik ki, gələn il ən az 8-10 dənizçini bu layihəyə cəlb edə biləcəyik.” Təcrübə müddəti üç ay olacaq. Bütün xərcləri “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC qarşılayacaq. Layihənin həyata keçirilməsində əsas məqsəd gəncləri ruhlandırmaq və həvəsləndirməkdir. Bundan başqa, tələbələr etimadı doğrultsalar, gələcəkdə onlar üçün  xarici sularda istismar edilən gəmilərimizdə işləmək imkanı da yaradıla bilər. Bəli, qarşıda onları öz bilik və bacarıqlarını artırmaq üçün Qara dənizdə maraqlı və bir qədər də çətin günlər  gözləyir. Layihənin iştirakçısı, dəniz naviqasiya mühəndisliyi üzrə təhsil alan Cavidan Babayev deyir ki, bu, böyük fürsətdir. O, fürsəti qaçırmamaq üçün çox çalışıb: “Əslində, birinci kursdan yaxşı oxumuşam. İxtisas fənlərinə xüsusi diqqət yetirmişəm. Bu layihəni eşidəndən sonra isə daha çox oxudum. Belə olmasaydı, məqsədimə çatmazdım.” Cavidan Babayevin Qara dənizdə keçəcəyi təcrübədən gözləntisi böyükdür. Düşünür ki, gələcəkdə iş tapmaq onun üçün çətin olmayacaq: “İndi başqa müəssisələrdə təcrübəsi olmayanları  işə götürmürlər. ADDA bu baxımdan bizə böyük şanslar qazandırır. Akademiyada təkcə nəzəri biliklərə yox, təcrübəyə də önəm verilir. Birinci və ikinci kursda Xəzərdə olduq, indi də Qara dənizə gedirik. Təbii ki, ordakı təcrübə zamanı ixtisasımız üzrə daha çox şeylər öyrənəcəyik.” Teyyub Məmmədov da seçilən tələbələrdəndir. Yeni limanlar, yeni sərhədlər, yeni insanlar onun üçün də maraqlıdır. Deyir ki, əvvəlki təcrübələrdə bir limandan girib, bir limandan çıxırdılar. Qara dənizdə isə Türkiyə, Rusiya, Gürcüstan, Ukrayna kimi ölkələrin hər birini görə biləcəklər. O, təcrübənin məhsuldar olacağına şübhə etmir: “Gələcək karyeram üçün Qara dəniz təcrübəsini böyük şans hesab edirəm. Dəstəyə və bu şəraitə görə, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin və Akademiyanın rəhbərliyinə təşəkkürümü bildirirəm. ” Təcrübəni vacib sayan Səid Mustafayev Qara dənizə getmək xəbərini eşidəndə çox sevinib. Düzdür, o yad sularda üzməyin  çətin olacağını deyir. Buna baxmayaraq, dar keçidlər, kanallar, yeni insanlar, fərqli iş şəraiti hamı kimi Səidə də maraqldır. Hesab edir ki, bu təcrübə ona və digər tələbə dostlarına gələcəkdə böyük uğurlar gətirəcək  . Gəmi energetik qurğularının istismarı mühəndisliyinin daha bir tələbəsi Nurlan Dərziyev də  digər dostları kimi  bu səfərə ciddi hazırlaşıb. Hətta  keçən ilin təcrübəçiləri ilə öz səfər təəssüratlarını bölüşüb: “Bu fürsəti ötən ildən səbirsizliklə gözləyirdim. Ciddi hazırlaşmışdım və nəticə mənim üçün çox sevindirici oldu. Düşünürəm, orda iş prosesi fərqlidir. Sənədləşmə, müxtəlif dənizlər, dənizlərin daha dərin olması və s. Böyük ümidlərlə gedirəm…” Nurlanın məqsədi yaxşı dənizçi olmaqdır. Özü də gələcəkdə müəllim olmaq istəyir. Düşünür ki, bu təcrübə ona hər iki gələcək karyerasında böyük kömək olacaq.  Dəniz naviqasiyası ixtisası üzrə oxuyan Vüsal Hüseynlinin də gələcəyin peşəkar dənizçisi olacağına şübhə yoxdur.  Daha çox öyrənmək həvəsində olan Vüsal bu təcrübənin onun həyatında yeni bir dönüş yaradacağını düşünür: “Qara dənizin öz xüsusiyyətləri var. Orda təcrübə keçən tələbələr sırasında olduğum üçün özümü çox şanslı hesab edirəm. Bu təşəbbüsü irəli sürən hər kəsə təşəkkür edirəm. Etimadı doğrultmağa çalışacam. Söz verirəm ki, gələcəkdə ən yaxşı dənizçilər sırasına adımı yazdıracağam. Bu dəstəyin və şəraitin qarşısında başqa cür mümkün deyil”. İlya  Minayev də  Qara dəniz təcrübəsinin maraqlı və faydalı keçəcəyinə əmindir. Deyir ki, orda təkcə dənizçiliklə bağlı bilgilərini artırmayacaqlar. Bu səfər  dünyagörüşlərini artmağa, dil biliklərini inkişaf etdirməyə də çox kömək olacaq: “Valideynlərimin dəstəyi ilə dənizçi olmuşam. Bu şərəfli peşəyə yiyələnmək mənim üçün böyük şərəfdir. Gələcəkdə peşəkar kadr olmaq üçün indi daha çox öyrənmək lazımdır. Bunun üçün isə hər cür şərait var. Akademiyada dərslər ən qabaqcıl sistemlə keçirilir. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin təşəbbüsü ilə xarici gəmilərdə üzmək üçün yaradılan imkan isə xüsusi ilə təqdirəlayiqdir”. Tələbələr bu təcrübəni uğurla başa vurmağı özlərinə borc bilirlər. Çünki, etimadı doğrultmağın vacib olduğunu dərk edirlər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır