Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-19,
Seanews
Heyder Eliyev

nizçiliklə bağlı 15 baxılmalı film – Sİ

1.MEN OF HONOR Filmin baş rol oyunçuları Robert De Niro, Cuba Gooding və Şarliz Terondur. Gerçək  hekayəyə əsaslanan film donanmadakı bir dalğıcın yüksəlməsindən bəhs edir. Motivasiya üçün izləyə biləcəyiniz ən yaxşı filmlərdəndir. 2.ANNAPOLIS ABŞ Donanmasına getmək istəyən yoxsul bir ailədən olan Jack çətin təhsilə qatılır. O, eyni zamanda yaxşı bir dənizçidir. Donanma daxilində təşkil olunan boks çempionatında iştirak edir. Amma bu müddət ərzində baş qəhrəman  çıxarılmaq kimi bir təhlükəylə üzləşir. “İlk yumruğu yeyənə qədər hər kəsin bir bildiyi var” deyimi filmdən  yadda qalan ən maraqlı replikadır. 3.ADMIRAL Gəmidə mütəxəssis olaraq dənizçilik karyerasına başlayan, almanlara qarşı qazandığı dəniz müharibəsindən sonra Qara dəniz donanma komandiri, daha sonra Rusiya ordu komandiri olan Aleksandr Kolçakın həyatını izah edən filmdir. Onun  qəhrəmanlığını, müvəffəqiyyətlərini və gerçəkdə romantik bir adamın döyüşün içindəki eşq hekayəsini əks etdirən mükəmməl ekran əsəridir.  4.WHİTE SQUALL Albatros adlı təhsil gəmisində gənclərin təcrübə qazanmasını məqsəd qoyan kapitan Şeldonun gerçək hekayəsi. Ölkənin müxtəlif bölgələrindən gələn şagirdlər dənizdə  təcrübəyə başlayırlar. Bu müddət ərzində dənizçiliyi, komanda işini, hörmət etməyi, kömək göstərməyi öyrənirlər. Filmdə atmosfer sizi sanki gəminin içindəsiniz kimi hiss etdirəcək. 5 .VİKİNGS Sənədli dənizçilik serialıdır. Dənizçiliklə bağlı bir çox məlumatlarla zəngil olan ekran işidir.  6. LAST Ship Amerika donanmasının son qalan gəmisinin macəralarından bəhs edən filmdə gəmi heyətinin həyatı və gəmi intizamı izah edilir. Filmdə  gözəl gəmi manevrlarına rast gəlmək mümkündür. 7.Master Of Commander Filmdə Russell Croweni donanmaya aid döyüş gəmisinin gəmi kapitanı rolunda izləyirik.  Burda dənizçilik iyerarxiyasının necə olması göstərilir. Napoleon dövrünə aid gəmilər və piratlarla mübarizə qarşısında kapitanın məsuliyyəti və qərarlarını təəccüblü şəkildə izah edən dənizçilik filmlərindəndir.    8.Crimson Tide Baş rollarda Denzel Washington və Gene Hackmanın olduğu filmdə başlayan üsyan nəticəsində ikinci kapitan Denzel Vaşinqtonun idarəçiliyi itirir. Film gəmi personalının bu vəziyyət qarşısında qruplar meydana gətirməsi və  dənizdəki xaosu təəccüblü bir şəkildə tamaşaçıya əks etdirir.   9.All is Lost Bu filmdə fırtına zamanı gəminin zərər görməsi nəticəsində okeanın ortasında həyatda qalma mübarizəsi verən bir dənizçinin hekayəsi izah edilir. 10.In The Heart Of The Sea Essex adlı balina gəmisinin hekayəsindən danışılır. Sizi balina ovçuluğuna aparacaq nadir filmlərdən olacaq. 11.Black Sea Cud Lounun dənizçi olduğu bu film dənizçiliyə fərqli perspektivlərdən baxan bir insanın həyatından bəhs edir. 12.THE FINEST HOURS Real bir hekayəyə əsaslanan , fırtınası bol olan bu filmdə gəmidə çətin anlar yaşayan dənizçilərin quruya dönmə mübarizəsi göstərilir. Dənizdə axtarış qurtarma ilə bağlı izləyə biləcəyiniz gözəl filmlərdəndir 13.Life Of Pi  Okeanda gəminin batmaq təhlükəsiyə üz-üzə qalan  uşaq və bir pələngdən bəhs edir. Onların mübarizəsi sizi təəccübləndirəcək . 14.Captain Philips Bir dənizçilik şirkətinin gəmi kapitanı Kapitan Filips heç gözləmədiyi bir zamanda quldurlarla qarşılaşır. Gəmisini quldurların əlindən qurtarmaq üçün bütün dənizçilik məlumatını istifadə edir. Dənizciliyin çətinliyini izah edən bu gerçək hekayəni mütləq izleyin. 15.Battle Ship  Amerikalı dənizçilərin köhnə bir döyüş gəmisiylə başqa planetlərdən dünyanı zəbt etmək üçün gələn robotlara qarşı mübarizəsindən bəhs edir. Gəmi kapitanının doğru qərarları sayəsində hadisələrin necə dəyişdiyini izah edən fantastik filmlərdəndir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır