Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-19,
Seanews
Heyder Eliyev

ARDDA-da aparılan auditin nəticələrini yüksək qiymətlənd

Böyük Britaniyada səfərdə olan Azərbaycan Respublikasının nümayəndə heyəti BMT-nin nüfuzlu orqanı olan Beynəlxalq Dəniz Təşkilatının (IMO) London şəhərində yerləşən baş qərargahında təşkilatın baş katibinin köməkçisi və üzv dövlətlərin Auditi və implementasiya üzrə dəstək şöbəsinin direktoru Laurens Barşyu ilə görüşüb. Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasından (ARDDA) Seanews.az -a verilən məlumata görə, L. Barşyu Beynəlxalq Dəniz Təşkilatının Audit Ekspert Qrupunun bu ilin 28 may – 6 iyun tarixlərində ARDDA-da keçirdikləri yoxlamanın nəticələrinə görə Azərbaycanın 172 dünya dəniz dövləti sırasında ən qabaqcıl dövlətləri geridə qoyaraq statistika üzrə ön sırada yer tutmasını mühüm və vacib bir məqam kimi vurğulayıb. Qlobal problemlərin tüğyan etdiyi, iqtisadi böhranın yaşandığı dünya ölkələrindən fərqli olaraq bu gün Azərbaycanın stabil, təhlükəsiz, inkişaf edən dövlət olduğunu deyən L. Barşyu audit yoxlaması nəticəsində əldə edilən uğurlu nəticənin nümunə olacaq vacib amil kimi dəyərləndirib. Azərbaycan prezidenti İlham Əliyevin bütün sahələrə olduğu kimi dənizçilik sahəsinə və dənizçilərə göstərdiyi diqqət və qayğının nəticəsində əldə edilən uğurlardan danışan nümayəndə heyəti dövlət başçısı tərəfindən həyata keçirilən uğurlu siyasətin nəticəsi olaraq Azərbaycanın nüfuzunun beynəlxalq aləmdə il ildən artdığını vurğulayıb. Görüşdə qeyd olunub ki, dənizçilik sahəsində bundan sonra da qanunvericiliyin təkmilləşdirilməsi, dəniz üzgüçülüyünün təhlükəsizliyi sisteminin effektivliyinin artırılması, dəniz nəqliyyatı sahəsində Beynəlxalq Dəniz Təşkilatının konvensiyalarının tələblərinə riayət olunması istiqamətində daha vacib işlər görüləcək. Artıq bu istiqamətdə müəyyən layihələrin hazırlandığını deyən nümayəndə heyəti bildirdi ki, layihələrin reallaşması dənizçilik sahəsinin inkişafına öz töhfəsini verəcək. Görüşdə qarşılıqlı əməkdaşlığa dair həyata keçiriləcək tədbirlər və bir sıra mühüm məsələlər müzakirə olunub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır