Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-27,
Seanews
Heyder Eliyev

aniyalı işgüzar xanımlar TANAP və TAP layihələri ilə maraqlanı

Almaniyalı işgüzar xanımlar SOCAR-ın iştirakı ilə həyata keçirilən TANAP və TAP layihələri ilə maraqlanıblar. Şirkətin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu günlərdə SOCAR-ın baş ofisində Almaniyanın işgüzar xanımlardan ibarət nümayəndə heyəti ilə şirkət rəhbərliyinin görüşü olub. Şirkətin ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə Almaniya və Azərbaycan arasında zəngin tarixə malik münasibətlərin bu gün bütün sahələrdə uğurla inkişaf etməsini məmnunluqla vurğulayıb. R.Hüseynzadə qonaqlara şirkətin ekoloji siyasətinin əsas istiqamətlərindən danışıb və ekoloji məsələlərin şirkətin fəaliyyət istiqamətləri arasında prioritet təşkil etdiyini bildirib. O, son illərdə SOCAR tərəfindən həyata keçirilmiş uğurlu ekoloji proqramlar, bu sahədə BMT və Dünya Bankı ilə həyata keçirilən beynəlxalq əməkdaşlıq layihələri, eləcə də planlaşdırılan işlər haqqında qonaqlara geniş məlumat verib. SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov qədim dövrlərdən neft ölkəsi kimi məşhur olan Azərbaycanın dünya neft sənayesi tarixində önəmli yeri və rolu barədə danışıb, Bakının həmişə dünyanın neft mərkəzlərindən biri olduğunu nəzərə çatdıraraq, ötən əsrin əvvəllərində xarici sərmayədarların, o cümlədən alman iş adamlarının buradakı fəaliyyətindən söhbət açıb. Bu gün Azərbaycanda həyata keçirilən qlobal və regional əhəmiyyətli neft-qaz layihələri haqqında danışan SOCAR-ın vitse-prezidenti E.Nəsirov son illər həmin layihələr çərçivəsində əldə olunmuş nailiyyətlərdən, xüsusilə, Avropanın enerji təhlükəsizliyi baxımından Azərbaycanın önəmli rol oynamasından söz açıb. SOCAR-ın vitse-prezidentləri qonaqları maraqlandıran məsələlərə aydınlıq gətirib, onlara “Cənub Qaz Dəhlizi”, “Şahdəniz” yatağının ehtiyatları və işlənmə mərhələləri, TANAP və TAP kəmərlərinin iştirakçı və istehlakçıları, layihənin Avropanın enerji təhlükəsizliyində rolu və sair haqqında geniş informasiya veriblər. Qonaqlar səmimi qəbul üçün minnətdarlıqlarını bildirib, SOCAR-ın iştirakı ilə həyata keçirilən TANAP və TAP, habelə Azərbaycanda həyata keçirilən digər əhəmiyyətli neft-qaz layihələri haqqında məlumatlardan öz fəaliyyətlərində yararlanacaqlarını söyləyiblər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır