Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-07-27,
Seanews
Heyder Eliyev

nizçilər ilk dəfə Buckingham sarayı önündəki qarovulda iştirak

Londonda Buckingham sarayı önündəki fəxri qarovulun dəyişməsi ənənəsi 357 ildir davam edir, lakin Kral Hərbi Dəniz Qüvvələrinin əsgərlərinin bu mərasimdə  iştirakı ilk dəfədir. Fəxri qarovulun dəyişməsi ilə əlaqədar keçirilmiş parada 86 dənizçi qatılıb. Parad iştirakçıları Kral Hərbi Dəniz Qüvvələrinin 45 gəmisini təmsil edib. Bazar günü səhər saatlarında keçirilmiş mərasimə hərbi dənizçilər bir ay ərzində hazırlıq aparıb. Bu fəxri mərasim, bir qayda olaraq, Kral qvardiya diviziyasına daxil olan beş qvardiya alayından birisi tərəfindən həyata keçirilir. Britaniyada 2017-ci il “hərbi dəniz qüvvələri” ili elan olunduğundan, dənizçilərə Buckingham sarayı qarşısında fəxri qarovulun dəyişməsi mərasimində iştirak  imkanı verilib. Hərbi dənizçilər  Londonun St James, Windsor və Tower sarayları önündə də keşik çəkəcək. Buckingham sarayı qarşısında fəxri qarovulun dəyişməsi Londona gələn turistlərin diqqətini çəkən tamaşalarından biridir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır