Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-02,
Seanews
Heyder Eliyev

Titanik gəmisi və hadisəsi ilə bağlı nadir Fotolar

Titanik "Uayt Star Layn"  şirkətinə məxsus buxar gəmisidir. Transatlantik səyahətlər üçün tikilmiş "Olimpik" tipinə aid olan üç əkiz gəmidən biridir. Suya buraxıldığı zaman dövrünün ən böyük sərnişin gəmisi olub.
 
1912-ci ilin 1o aprel tarixində Titanik gəmisi Nyu-Yorka getmək üçün İngiltərədən start götürür. Bu, onun ilk və son səyahəti olur. İlk səyahəti zamanı 14 apreldə Atlantik okeanında aysberqlə toqquşaraq 2 saat 40 dəqiqə sonra batıb. Göyərtəsindəki 1 316 sərnişin və 908 heyət üzvündən yalnız 705 nəfər xilas ola bilib, 1 514 nəfər həlak olub. Titanikin batması nəticəsində insan itkisinin bu qədər böyük olmasına illər boyu müxtəlif səbəblər göstərildi. Ancaq ən əsas səbəb kimi gəmidə olan qayıqların sərnişinlərin sayına hesablanmaması idi. Titanikdə sərnişin tutumunun 3.547 olmasına baxmayaraq gəmidə 1.178 insanı xilas edəcək sayda qayıq vardı. Qəza nəticəsində qadınların və uşaqların qayıqlara öncə mindirilməsi, ölənlər arasında kişilərin böyük bir üstünlük təşkil etməsinə səbəb olub. Titanikin hazırlanmasında dövrünə görə ən müasir texnologiyadan istifadə edilib.
 
Titanik 269 metr uzunluğunda, 28.2 metr enində, 66.000 qros ton ağırlığında olan dövrünə görə ən böyük sərnişin gəmisi idi. Gəminin hərəkətə gəlməsinə 3 böyük pərvanə kömək edirdi. Gəminin qazanxanasında yerləşən 4 ədəd buxar mərkəzi gəminin əsas hərəkət verici qüvvəsi hesab olunurdu. Buxar mərkəzlərində 159 ədəd kömür sobası yerləşirdi. Fəhlələr tərəfindən münətəzəm şəkildə kömür atılan sobalar təzyiqi gəminin alt tərəfində yerləşən pərlərə ötürür və bununla da 43 km/s saat sürəti əldə edilirdi. Dövrünə görə Titanik kimi böyük bir gəmi üçün bu sürət maksimum hesab olunurdu. Titanikdə olan dörd bacadan yalnız üçü işləyirdi. Digər sonuncu baca isə gəmiyə dizayn məqsədi ilə əlavə olunmuşdu. Gəmi ümumi şəkildə 3.547 sərnişin daşımaq imkanına sahib idi. Titanik təkcə sərnişin daşımaq üçün hazırlanmamışdı. Gəminin fəaliyyət sahələrindən biridə bağlama və məktubların daşınması üzrə idi. Titanikin gövdə hissəsində gəminin adının yazıldığı yerin yaxınlığında (ing. RMS - Royal Mail Steamer) sözləri yazılıb.
 
Fotoları altyazılarla təqdim edirik:
 
 
 
Sahilə xoş gəlmisiniz. Sahil komandanı kapitan Edvard Smit və onun həmkarı, komissar Üq Volter Titanikin sahilə çıxarılması üçün planların müzakirəsi...
 

 
Titanik gəmisinin sərnişinləri gəminin göyərtəsində sevincək halda gəzişirlər. Bu insanlar bir neçə saat sonra onları gözləyən dəhşətli katastrofdan xəbərsizdirlər.
 
 
Sahildə oynayan uşaq. Bu uşaq 3 sonra başına nələrin gələcəyindən bixəbərdir. 
 

 
Titanikin qadın sərnişini Marqaret Broun sahildə..
 

 
Günahkar Aysberq...
 
 
Titanik dərinliyin qaranlığında... İnsanları xilas edirlər...
 
 
 
Son xilas olunanlar...
 
 
Xilas olunanlara tibbi yardım göstərirlər.
 

 
 Sağ qalan gənc ailə
 
 
Xilas olunan ana və qızı
 

 
Xilas edilən bir gənc
 

 
Bu hadisədə atalarını itirən 4 yaşlı Mişel və 2 yaşlı Navratil. Bu oğlanlara « Titanikin yetimləri » statusu verilib.
 

 
Xilas olunanlar qapalı məkanda dincəlirlər. Üzlərindən kədər və yorğunluq yağır.
 
 
Bu bədbəxt hadisədən xəbər tutanlar "White Star”ın ofisi qarşısına toplaşıblar.
 
 
İnsanlar xilas olan sərnişinləri izidihamla qarşılayır…
 
 
İzdihamlı qarşılanmadan başqa bir foto
 
 
« Evening News » qəzetinin manşetində Titanikin batmasına həsr olunan "Titanik: böyük həyat itkisi” başlıqlı yazı… Qəzetlər isanlara paylanılır.
 

 
Sağ qalanların ailələrinə maddi yardımlar göstərilir...
 
 
Bu hadisə nəticəsində dünyasını dəyişənlərin xatirəsinə həsr olunmuş beyzbol idman yarışı keçirilir. Yarışı izləmək üçün gələnlərə satılan biletlərdən yığılan pullar ölənlərin ailəsinə verilir.
 
 
Titanikin sərnişlərini xilas etməyə gələn Karpatiya gəmisnin kapitanı Artur Henri Rostron və komandası…
 
 
Nyu-Yorkda Cənazə xidmətləri…
 
 
 
Nyu-Yorkun Straus parkında Titaniklə bağlı memorial abidə.. Bu abidədə İsidor və İda Straus adlı cütlük əks olunub. Hadisə zamanı onlar əl-ələ verərək bir- birini tərk etmək istəməyiblər, lakin…
 
 
"Şərq" qəzeti
Ayyət Əhməd 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır