Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-06-23,
Seanews
Heyder Eliyev

Gəmi təmirçiləri terror-təxribat hallarına qarşı sayıqlığın artırılması məqsədilə maarifləndiriliblər

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin (ASCO) “Zığ” Gəmi Təmiri və Tikintisi zavodunda terror-təxribat hallarına qarşı mübarizədə sayıqlığın artırılması məqsədilə maarifləndirmə tədbiri keçirilib.

Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsinin təşkil etdiyi tədbirdə İdarənin əməkdaşları Araz Yusifli və Azər Səfərovla yanaşı, ASCO-nun Məxfi rejim və hərbi səfərbərlik şöbəsinin rəisi Rəşad Hüseynov, ZGTTZ-nin baş mühəndisi-direktor müvini Hüseynqulu Heydərov iştirak ediblər.

Görüşdə Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsinin Xidmət rəisinin müavini Araz Yusifli  terror terror-təxribat hallarına qarşı mübarizədə  sayıqlığın artırılmasına dair ətraflı məlumat verib.

O, terrorçuluqla mübarizədə ölkəmizdə dövlət səviyyəsində həyata keçirilən tədbirlərdən də danışıb. Bildirib ki, bu məsələdə vətəndaşlar da ayıq-sayıq olmalıdırlar. Bundan başqa, hər bir idarə və təşkilatın rəhbəri terrorçuluğa qarşı mübarizədə düzgün və sistemli maarifləndirmə işləri aparmalıdır.

 Sonda Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tədbir iştirakçılarının suallarını cavablandırıblar.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır