Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-02-23,
Seanews
Heyder Eliyev

ASCO-da liderlik mövzusunda təlimlər təşkil olunub

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) “Kouçvari liderlik” və “Emosional zəka və idarəetmə” mövzularında təlim təşkil olunub.

Təlimdə ASCO strukturlarının xidmət/şöbə rəisləri və ASCO aparatının departament rəhbərlərinin müavinləri iştirak ediblər.

Seminar qeyd edilən vəzifələrdə işləyən şəxslərin idarəetmə sahəsində səriştələrinin artırılması, təcrübələrinin təkmilləşdirilməsi və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə təşkil olunub.

"Kouçvari liderlik" mövzusunda keçirilən təlimdə idarəetmə bacarığı, mütərəqqi yanaşmalar, bu sahədə tətbiq edilən metodların, modellərin təcrübədə öyrənilməsi, mühakimə, rəy vermə və qiymətləndirmə səriştələri barədə ətraflı məlumat verilib. "Emosional zəka və idarəetmə" mövzusunda aparılan təlimdə isə emosional zəka, performans və müasir modellər, liderlik kimi məsələlərin öyrənilməsinə yer verilib.

Təlim çərçivəsində mövzular üzrə iştirakçılarla fərdi və qrup işləri təşkil olunub, müxtəlif məşqlər və testlər edilib. Sonda onların nəticələri ətrafında fikir mübadiləsi aparılıb.

Təlimi uğurla başa vurmuş iştirakçılara sertifikatlar təqdim olunacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır