Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

Açıq sularda ilkin tibbi yardımın göstərilməsi - Birinci Hissə

İlkin tibbi yardım ixtisaslı tibbi yardım göstərilənə qədər xəstənin (burada dənizçi nəzərdə tutulur) və ya zərərçəkənin təxirəsalınmaz müalicə edilməsidir. İlkin yardımı xəstənin həyatının xilas edilməsi, əlavə zədələnmənin qarşısının alınması, şokun aradan qaldırılması və ağrının azaldılması üçün həyata keçirirlər. Məsələn, güclü qanaxma və ya asfiksiya hallarında xəstənin həyatının xilas edilməsi üçün yardımın yubanmadan göstərilməsi zəruridir. Belə vəziyyətlərdə bir neçə saniyə ləngimək zərərçəkənin həyatını itirməsi ilə nəticələnə bilər. Lakin əksər zədələnmələr və ya digər təxirəsalınmaz vəziyyətlərdə xəstənin həyatı üçün təhlükə olmadan yardım göstərilməsinə başlanılmasına bir neçə dəqiqədən sonra baş vurmaq mümkündür. Bu, bir neçə dəqiqə ilkin yardım etmək vərdişlərinə malik komanda üzvünün tapılması ya da zəruri tibbi material və avadanlığın seçilməsi üçün lazımdır.

İlkin yardımın göstərilməsi vərdişlərinə gəmi heyətinin bütün komanda üzvləri yiyələnməlidirlər. Onlar bu sahədə yetərli biliklərə malik olmalı, eləcə də zədələnənin və ya xəstənin həyatı üçün təhlükə yaratmadan ixtisaslı yardım heyəti gələnə qədər təxirə salınmadan  ilk yardım tədbirlərini tətbiq eləməyi bacarmalıdırlar. Kifayət qədər hazırlıq almamış və bu sahədə məlumatsız şəxslər öz bilik və vərdişlərinin həddini aydın dərk etməlidirlər.

Huşu özündə olmayan zərərçəkənlər

Huşun itirilməsinin səbəbləri çoxcəhətlidir və əksərən bunları təyin etmək çətin olur. Müalicə səbəbdən asılıdır, amma ilk tibbi yardım göstərilərkən çox vaxt onu müəyyənləşdirmək qeyri-mümkündür, müvafiq müalicənin aparılmasından isə söhbət belə gedə bilməz.

Həyat üçün təhlükəni yarada bilər: qatlanmış dilin tənəffüs yollarının qapaması; ürəyin dayanmasıdır

Nəfəsalma

Öncə hər hansı bir vəziyyətdə huşunu itirmiş insanı dinləyin, sonra tənəffüs yollarının azad edilməsi üçün başı maksimal geri qanırmaq lazımdır (Bax: şək. 1).

 

Şək. 1. Xəstə huşsuzdur. Dinləyin, görün o, nəfəs alır? 

Dinləyin və havanın hərəkətini tutmağa çalışın, çünki tənəffüs yollarının tıxanması (blokada) döş qəfəsi və qarın qalxıb-düşə bilər, bu zaman ciyərlərə hava daxil olmur. Xilasedicinin üzü zərərçəkənin burnundan və ağzından 2-3 sm məsafədə yerləşməlidir, ona görə ki, o, yanağı ilə havanın hərəkətini hiss edə bilsin (Bax: şək. 1). Əgər taxma diş protezləri varsa, onları saxlamaq lazımdır.

Ürəyin işi

Sonra dinləmə ilə ürəyin işləyib-işləmədiyini müəyyənləşdirməyə çalışın. Biləkdə və boyunda (yəni, yuxu arteriyasında, Bax: şək. 2) nəbzi təyin edin.

Şək. 2. Nəbzin yuxu arteriyasında təyin edilməsi 

İki barmağınızı boyunun yan səthində yerləşən traxeya və iri əzələ arasına qoymaqla sürətlə nəbzi müəyyən edin.

Normalda yuxu arteriyalarındakı nəbz güclüdür; əgər o hiss edilmirsə və ya zəifdirsə, qan dövranının pozulmasından söz açmaq mümkündür.

Bəbəkləri yoxlayın ki, bunların genişləndiyini və ya daraldığını müəyyənləşdirəsiniz. Bəbəklər ürəyin dayanmasından 45-60 s. sonra genişlənməyə başlayır. Yuxarı göz qapağını qaldırdıqda bəbəklər genişlənmiş olaraq qalır və işığa reaksiya vermirlər.

Nəfəsi və ürəyin yığılıb-açılmasını mümkün qədər tez təyin etmək gərəkdir. Göstərilən köməklə yubanmadan aşağıdakı vəziyyətlərdən birinin mövcudluğu təyin olunmalıdır:

  • zərərçəkən nəfəs almır və ürəyi yığılmır və ya zərərçəkən nəfəs almır, ancaq ürəyi çalışmaqda davam edir.  

Tənəffüsün olmaması və ürəyin dayanması

İlk yardım vərdişlərinə yaxşı yiyələnmiş komandanın üzvü dərhal ürəyin dolayı masajına başlamalıdır. Əgər qan dövranı bərpa edilməzsə, baş beyin oksigen olmayacaq və zərərçəkən 4-6 dəqiqədən sonra öləcək.

  • Zərərçəkəni sərt səthə qoyun.

  • Dərhal ürəyin dolayı masajına başlayın.

  • Süni tənəffüs verin, belə ki, ürəyin dayanması zamanı tənəffüs də kəsilir.

Tənəffüs yoxdur, lakin ürək dayanmayıb.

  • Zərərçəkənin ağzını açın və nəfəs yollarını azad edin.

  • Dərhal da SÜNİ TƏNƏFFÜSƏ başlayın  

Əgər ürək işləyir və tənəffüs bərpa edilmiş, zərərçəkən isə əvvəlki kimi huşsuzdursa, ona RAHAT VƏZİYYƏT verin (Bax: şək. 3). Zərərçəkəni qarnı üstə yerləşdirin, başını yana əyin (Bax: şək. 3). Başının altına heç bir yastıq qoymayın. Sonra əli və ayağı başın çevrildiyi tərəfə əyin. Digər əli düzəldin və düz saxlayın. Huşu özündə olmayan insanın bundan sonrakı müalicəsi ixtisaslı həkimlər tərəfindən həyata keçiriləcək, Siz yalnız ilk yardım göstərilməsinin digər ümumi prinsiplərinə əməl edin.

 

Şək. 3. Huşsuz halda olan xəstəyə verilməli zəruri vəziyyət: başı yana əyin, başın altına yastıq qoymaq olmaz. Başın əyildiyi səmtdəki əl və ya ayaq azca qatlanmalıdır, digər tərəfdəki əl və ayaq isə düz saxlanır. Geyimin düymələrini və qayışı açın, diş protezlərini çıxarın.

Adıgözəl Məmmədov

Sosial inkişaf və nəqliyyat şöbəsi


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır