Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-26,
Seanews
Heyder Eliyev

Dünyanın ilk avtomobil daşıyacaq yelkənli gəmisi Avropa İttifaqı tərəfindən maliyyələşdiriləcək

“Wallenius Wilhelmsen” şirkətinə sərt yelkənlərlə təchiz edilmiş dünyada ilk avtomobil daşıyıcısının (PCTC) tikintisi üçün Avropa Birliyinin “Horizon Europe” proqramı çərçivəsində 9 milyon avro ayrılıb.

“Seanews.az”-ın məlumatına görə, layihənin beş il ərzində həyata keçirilməsi planlaşdırılır.

Texnologiyanın inkişafı və innovasiyaya yönəlmiş “Horizon Europe” proqramının qrantı da “Wallenius Wilhelmsen” layihəsinin on bir tərəfdaşı arasında bölünəcək. Bunlar gəmini  layihələndirən, yelkən sistemini özü inkişaf etdirən və gələcəkdə heyət hazırlığı ilə məşğul olacaq şirkətlərdir.

Gəmiyə artıq ad da verilib:"Orcelle Wind". Uzunluğu 220 metr olacaq gəmi 7 mindən çox avtomobil daşıya biləcək. Yelkənli qurğu konsepsiyası “Wallenius Marine” tərəfindən hazırlanmışdır. Onun tətbiqi sayəsində gəmidən ətraf mühitə tullantıları 90%-ə qədər azaltmaq mümkün olacaq.

“Vallenius Vilhelmsen” yelkən qurğusunun ilk sınaqlarını 2024-cü ildə avtomobil daşıyıcılarından birində keçirməyi planlaşdırır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır