Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-25,
Seanews
Heyder Eliyev

Misirdə saxlanılan rus dənizçilərinin həbsi müddəti 45 gün uzadılıb

Məhkəmə ötən ilin payızında Misirdə qanunsuz yükə görə saxlanılan "Soya" teploxodunun işi üzrə iki rusiyalı dənizçinin həbs müddətini uzadıb.

Rusiya Dənizçilərinin Həmkarlar İttifaqından "İnterfaks"a verilən məlumatında belə deyilir.

2022-ci il noyabrın 4-də Misirin İsgəndəriyyə limanında üç konteynerdə 28 ton “Tramadol” aşkar edildikdən sonra “Soya” (Komor) gəmisinin beşi rus və üçü bolqar olan heyəti saxlanılıb. 

“Soya” gəmisinin Türkiyənin “Marine Inspektor Ltd” şirkəti tərəfindən idarə olunduğu və Misirə Türkiyənin Ambarlı limanından gəldiyi bildirilir.

Rusiya Dənizçilərinin Həmkarlar İttifaqı dənizçilərin həbsini həddindən artıq sərt tədbir hesab edir, təşkilatın dediyinə görə, yükün daşınmasının qanuniliyinə görə yükgöndərən, yükalan və gəmini kirayələyən, habelə gəmi sahibi məsuliyyət daşıyır.

Noyabrın 17-də üç rusiyalı heyət üzvü vətəninə qayıdıb. Krımdan olan iki rus - kapitan və kapitanın böyük köməkçisi isə həbsdə qalır.

Seanews.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır