Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-07-27,
Seanews
Heyder Eliyev

Mikayıl Cabbarov: “Zəngilan” tankeri yerli gəmi tikintisi sənayesinin inkişafına mühüm töhfədir 

“Zəngilan” tankeri inşasının davam etdirilməsi məqsədilə suya salınıb. Texniki göstəricilərinə görə geniş imkanlara malik bu gəmi Bakı Gəmiqayırma Zavodunda inşa edilən sayca dördüncü neft tankeri və ikinci neft-kimyəvi məhsullar daşıyan tankerdir.

Trend xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “Twitter” hesabında bildirib.

"Tankerin inşası Azərbaycan ərazisindən tranzit yükdaşımalarının həyata keçirilməsinə, neft-qaz layihələrinin uğurla icrasına və yerli gəmi tikintisi sənayesinin inkişafına mühüm töhfədir", -deyə paylaşımda qeyd edilib.

Qeyd edək ki, sözügedən tanker "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) sifarişi ilə inşa edilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır