Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-19,
Seanews
Heyder Eliyev

ADDA-da yaz imtahan sessiyası keçirilir

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasında 2022/2023-cü tədris ilinin yaz semestrinin imtahan sessiyası başlayıb.

İmtahan sessiyasının təşkili ADDA-nın Elmi Şurasının müvafiq qərarına əsaslanır.

İmtahan sessiyası 2 mərhələdə keçirilir.

Hazırkı mərhələ 07 iyun tarixinədək davam edəcək.  “Dəniz naviqasiyası mühəndisliyi”, “Gəmi energetik qurğularının istismarı mühəndisliyi”, “Elektrik və elektronika mühəndisliyi” ixtisasları və təkrar ali təhsil üzrə bütün akademik qruplarda oxuyan tələbələr biliklərini sınayacaqlar.  

“Gəmiqayırma və gəmi təmiri mühəndisliyi” ixtisası və magistratura səviyyəsinin bütün ixtisasları üzrə təhsil alan tələbə və magistrantlar 01 iyun 2023-cü il tarixindən – 05 iyul 2023-cü il tarixinədək imtahan sessiyasında iştirak edəcəklər.

08 iyun – 14 iyun tarixlərində isə yaz imtahan sessiyasında üzrlü səbəbdən iştirak edə bilməyən və ya iştirak edib qeyri-müvəffəq qiymət alan, əlavə kəsir qruplarına daxil olan və əvvəlki tədris illərinin müvafiq semestrindən akademik borcu olub fənni təkrar dinləmədən yenidən imtahana buraxılan (25% ödənişlə) tələbələr üçün 2-ci mərhələ keçiriləcək.

Eyni imkan “Gəmiqayırma və gəmi təmiri mühəndisliyi” ixtisası və magistratura səviyyəsinin bütün ixtisasları üzrə təhsil alanlar üçün 20 iyun 2023-cü il tarixindən - 05 iyul 2023-cü il tarixinədək yaradılacaq. 

Elmi Şuranın qərarına əsasən, “Fəlsəfə”, “Dəniz hüququ”, “Dəniz nəqliyyatının iqtisadiyyatı”, “Politologiya”, “Mülki müdafiə” və “Beynəlxalq konvensiyalar” fənləri üzrə imtahanlar sistemdaxili test formasında aparılır. 

III tədris ili tələbələri üçün yaz semestrinin imtahan sessiyasında “Gəmi sürücülüyünün naviqasiya təminatı”, “Gəmiqayırma texnologiyası”, “Avtomatlaşdırılmış avar elektrik qurğuları”, “Gəmi daxili yanma mühərriklərinin nəzəriyyəsi” fənləri  üzrə imtahanlar yazılı-şifahi formadadır.

Digər fənlər üzrə imtahanlar yazılı formada keçirilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır