Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-07-27,
Seanews
Heyder Eliyev

Türkiyədə nəqliyyat və infrastruktura 250 milyard dollar sərmayə qoyulub

Türkiyənin gəmilərin Bosfor boğazından keçməsindən əldə etdiyi gəlir son iki ildə 35 milyon dollardan 185 milyon dollara yüksəlib.

Bu barədə ölkənin nəqliyyat və infrastruktur naziri Əbdülkadir Uraloğlu bildirib.

Nazirin sözlərinə görə, Bosfor boğazından istifadə edən gəmilərin sayı ildən-ilə artır. Hazırda boğazdan keçmək üçün orta gözləmə müddəti 14 saatdır, növbəti illərdə isə bu, 4-5 günə qədər artacaq.

Son 20 ildə Türkiyədə nəqliyyat və infrastruktura 250 milyard dollar sərmayə qoyulub. Dəniz terminallarının sayı 2002-ci ildə 149 olsa da, hazırda onların sayı 217-dir. 2053-cü ilə qədər isə 255 olmalıdır. 2022-ci ildə Türkiyə limanlarının yük dövriyyəsi 540 milyon tondan çox təşkil edib. Türkiyənin şimal-qərbində Filios limanının inkişafına xüsusi diqqət yetirilir. Yerli hakimiyyət orqanlarının planına görə, bu liman Qara dənizdə dəniz ticarəti mərkəzlərindən birinə çevrilməlidir.

Rize vilayətində İydərə limanının tikintisi davam edir. Onun 2025-ci ildə istifadəyə verilməsi planlaşdırılır. Əsas yanalma körpüsünün uzunluğu 2700 metr, illik yük dövriyyəsi isə 13 milyon ton təşkil edəcək.

“Seanews.az”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır