Losman gəmisinin dəniz sınaqları keçirilib
Çində gövdəsi alüminium ərintisindən hazırlanmış ilk yerli 40 metrlik “Yonggang Yin 01” losman gəmisinin dəniz sınaqları keçirilib.
“Seanews.az” xəbər verir ki, sınaqlar zamanı Şanxay Gəmi Avadanlıqları Elmi-Tədqiqat İnstitutunun (CSSC 704, CSSC dövlət korporasiyasına daxildir) mühəndisləri tərəfindən hazırlanmış intellektual yardımçı eniş sisteminin işləməsi sınaqdan keçirilib.
Maksimal istismar sürəti 28 düyünə çatan gəminin heyəti 12 nəfərdən ibarətdir. İntellektual eniş kompleksinə aktiv yuvarlanma kompensasiyası, toqquşmaların qarşısının alınması, təhlükəsiz məsafəyə nəzarət və s. sistemlər daxildir. O, müxtəlif hava şəraitində losmanların qayıqdan gəmiyə təhlükəsiz minməsini təmin edir.
Qeyd edilir ki, tərtibatçılar losman və digər kiçik gəmilər üçün belə yardımçı sistemlərə gələcəkdə tələbat olacağına əmindirlər.