İranın cənubundakı dəniz limanında baş verən partlayışda 18 nəfər həlak olub
İranın cənubundakı Bəndər Abbas şəhərindəki Mahid Racai dəniz limanında güclü partlayış baş verib.
AZƏRTAC İran mətbuatına istinadla xəbər verir ki, hadisə nəticəsində 18 nəfər həlak olub, 800 nəfər xəsarət alıb.
Bildirilir ki, partlayışın dalğası çox güclü olub və limandakı əksər binalara, eləcə də avtomobillərə ciddi ziyan vurub.
Versiyalardan birinə görə, yanacaq çəni partlayıb, onun səbəbləri məlum deyil.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır