Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-04-28,
Seanews
Heyder Eliyev

Çin şirkəti ən böyük avtomobildaşıyan gəmini istismara verdi

Çinli elektromobil istehsalçısı BYD dünyanın ən böyük tutumlu avtomobildaşıyıcı gəmisini – “BYD Shenzhen”-i istismara verib. Gəmi Çinin “China Merchants Heavy Industry” tərsanəsində inşa olunub və 7000 avtomobil daşımaq qabiliyyətinə malikdir.

Yeni nəsil PCTC (Pure Car and Truck Carrier) tipli bu gəmi Finlandiyanın “Deltamarin” şirkəti tərəfindən layihələndirilib. O, BYD-nin qlobal elektromobil ixracını dəstəkləmək məqsədilə sifariş etdiyi dörd gəmidən birincisidir.

“BYD Shenzhen”-in yaxın günlərdə ilk səfəri Braziliya olacaq. Gəmidə enerji səmərəliliyini artırmaq məqsədilə müasir texnoloji həllər tətbiq olunub.

Qeyd edək ki, BYD bu layihə ilə yalnız avtomobil istehsalçısı deyil, eyni zamanda dəniz logistikası operatoru qismində fəaliyyətə başlayır. Donanmaya daxil olacaq digər gəmilər də müxtəlif Çin tərsanələrində inşa olunmaqdadır.

“Seanews.az”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır