Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-26,
Seanews
Heyder Eliyev

ZGTTZ-də mülki müdafiə qüvvələrinin məşqi keçirilib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda (ZGTTZ) “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” barədə obyekt məşqi keçirilib.

Toplanış yeri zavodun təhlükəsiz ərazisi təyin edilib.

Məşqin keçirilməsində məqsəd “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə qüvvələrinin hazırlığının yoxlanılması” və Mülki Müdafiə qüvvələrinin komandir-rəis və şəxsi heyətinin xəbərdarlıq toplanışı üzrə əməli fəaliyyətlərini təkmilləşdirmək olub.

Bundan əlavə, “Zığ” Gəmi Təmiri və Tikintisi zavodunun şəxsi heyətinin təxliyəsi həyata keçirilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır