Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-10-05,
Seanews
Heyder Eliyev

Süveyş kanalı ilə yük axını 66% azalıb

Süveyş kanalından keçən gəmilərin sayı Ümid burnundan gəmilərin istiqamətləndirilməsindən əvvəlki rəqəmlərlə müqayisədə 66% azalıb.

Bunu “Reuters” “A.P. Moller-Maersk” gəmiçilik şirkətinə istinadən bildirir.

Bununla belə, konkret rəqəmlər verilmir.

"Bu, xidmətlərin konfiqurasiyasının, yük axınlarının istiqamətinin dəyişdirilməsinə, infrastruktura düşən gərginliyin artmasına və nəticədə limanlarda tıxaclara, gecikmələrə, yükgötürmə qabiliyyətinin və avadanlıqların çatışmazlığına səbəb oldu", -deyə nəşr “Maersk”-dən sitat gətirir.

Şirkətdə bildiriblər ki, vəziyyətin nə vaxt normallaşacağı da bəlli deyil.

Seanews.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır