Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-26,
Seanews
Heyder Eliyev

“Crystal Cruises” üçün iki müasir kruiz gəmisi inşa edilir

İtaliya gəmiqayırma qrupu “Fincantieri”-nin Amerika kruiz operatoru “Crystal Cruises” ilə iki lüks kruiz gəmisinin tikintisi üçün imzaladığı anlaşma memorandumu üçüncü oxşar gəminin tikintisi variantını da nəzərdə tutur.

 “Seanews.az” bildirir ki, əməliyyatın məbləği açıqlanmır. Ehtimala görə, yeni gəmilərin ümumi dəyəri 1-2 milyard avro arasında dəyişə bilər.

Ümumi tutumu təxminən 61,8 min ton olan hər laynerin göyərtəsinə qədəm basacaq 690 sərnişinin rahatlığı yüksək səviyyədə təmin olunacaq.  

İlk kruiz gəmisinin təhvil verilməsi 2028-ci ilin yazına planlaşdırılır. İkinci gəminin çatdırılma tarixi daha sonra elan ediləcək.

7 mindən çox gəmi inşa edən “Fincantieri” dünyanın ən böyük gəmiqayırma qruplarından biridir. Kruiz gəmilərinin tikintisi, dəniz gəmiləri, kruiz bərələri, meqa-yaxtalar və xüsusi gəmilərin tikintisi üzrə ixtisaslaşmışdır. Qrupun gəmiqayırma zavodları gəmi təmiri və dəniz gəmilərinin çevrilməsi üzrə müqavilələr də həyata keçirirlər.

“Seanews.az”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır