Almaniya hakimiyyətinin "Eventin" tankerini müsadirə etmək qərarına etiraz edilib
Almaniya hakimiyyətinin “Eventin” tankerinin müsadirə edilməsi ilə bağlı qərarına məhkəmədə baxılır.
“Seanews.az” TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə brifinqdə Almaniya Maliyyə Nazirliyinin nümayəndəsi bildirib.
"Gəminin və yükün həbsi və müsadirəsi ilə bağlı şikayət verilib. Məhkəmə hökmü çıxarılana qədər isə gəmi ilə bağlı bütün digər tədbirlər dayandırılır", - agentliyin nümayəndəsi təfərrüatları açıqlamayıb.
Qeyd edək ki, Almaniya 40 milyon avro dəyərində neft yükü olan “Eventin” tankerini müsadirə edib.
Anbarlarına 100 min ton neft götürən tanker yanvarın 7-də Leninqrad vilayətindəki Ust-Luqa limanını tərk edib. Gəminin təyinat limanı Hindistanın Açra limanı olub. Yanvarın 10-da Baltik dənizində idarəetməni itirən tanker yedəkdə Almaniyanın Rügen adasındakı Sassnits limanına aparılıb.