Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-06,
Seanews
Heyder Eliyev

Çili Respublikasının Müvəqqəti İşlər Vəkili Bakı Gəmiqayırma Zavodunu ziyarət edib

Çili Respublikasının ölkəmizdəki Müvəqqəti İşlər Vəkili cənab Gabriel Jara Maldonado və onu müşayiət edən qonaqlar “Bakı Gəmiqayırma Zavodu” MMC- ni (BGZ) ziyarət edib və zavodun rəhbərliyi ilə görüşüb. Görüş "Sumqayıt Kimya Sənaye Parkı" MMC –nin dəstəyi və təşkilatçılığı ilə baş tutub.

Yüksək səviyyəli qonağı salamlayan BGZ-nin baş meneceri İmanverdi Həsənov ziyarətinə görə cənab Gabriel Jarayatəşəkkürünü bildirib. İmanverdi Həsənov daha sonra ötən dövr ərzində zavodun həyata keçirdiyi və hazırda davam edən layihələrlə bağlı görülmüş işlər haqqında ətraflı məlumat verdi. 

Görüşdə həmçinin gəmi təmiri və inşasının inkişaf perspektivləri, Xəzəryanı ölkələrin bu prosesdəki rolu və s. məsələlər barədə qarşılıqlı fikir mübadiləsi aparılıb.

Sonda cənab Səfir yüksək qonaqpərvəliyə və səmimi fikir mübadiləsinə görə BGZ nin rəhbərliyinə təşəkkürünü bildirib, Çili Respublikasının gəmiqayırma və mühəndislik şirkətlərinin əməkdaşlıqda maraqlı olduğunu və həmçinin səfirlik tərəfindən bu kimi təşəbbüslərin dəstəkləndiyi fikirlərini səsləndirib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır