Birləşmiş Ştatlar Rusiyanın KXDR-ə BMT-nin limitlərindən artıq neft tədarük etdiyini iddia edir
“Rusiya KXDR-i daha çox emal olunmuş neft məhsulları ilə təmin edir və bununla da BMT-nin müəyyən etdiyi limitləri aşır.”
Bu fikir ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbiyə məxsusdur.
“Rusiyanın “Vostoçnı” limanından KXDR-ə emal olunmuş neft məhsullarının tədarükünün həcmi BMT Təhlükəsizlik Şurasının ildə müəyyən etdiyi 500 barel həcmindən artıqdır”, - deyə Con Kirbi qeyd edib.
Onun məlumatına görə, “təkcə mart ayında Rusiya KXDR-ə 165 min bareldən çox emal olunmuş neft göndərib”.
BMT Təhlükəsizlik Şurasının 2017-ci ildə qəbul etdiyi 2397 saylı qətnaməyə əsasən, Şimali Koreya ildə 500 min bareldən artıq emal olunmuş neft idxal edə bilməz.
“Seanews.az”
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


