Xəzərdə sörfinq edərkən batma təhlükəsi ilə üzləşmiş Rusiya vətəndaşı xilas edilib
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə paytaxtın Xəzər rayonunda dənizdə, xilasetmə məntəqəsinin ərazisində bir nəfərin sörfinq edərkən batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.
Hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri Rusiya Federasiyasının vətəndaşını sudan çıxararaq xilas edib və aidiyyəti üzrə təhvil veriblər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır