Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-07-14,
Seanews
Heyder Eliyev

ASCO-da dezinfeksiya işləri davam edir

Nazirlər Kabinetinin “Azərbaycanda yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair fəaliyyət planı”nın icrasını təmin etmək məqsədi ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) profilaktik tədbirləri davam etdirir.

Müəyyənləşdirilmiş qrafikə uyğun olaraq növbəti dezinfeksiya “Bəstəkar Qara Qarayev”, “Balakən”, “Akademik Həsən Əliyev”, “Ağdam”, SLV-411”, “Geofizik”, “Orion-17”, “MK-11”, “Ədalət Gülməmmədov”, “Vixr-8” gəmilərində, 639 saylı üzən emalatxanada, Dənizçilik Kollecinin Yataqxanasında, Xudu Məmmədov və Şəmsi Rəhimov küçəsində yerləşən, İstehsal Xidmətləri İdarəsinə məxsus yataqxanalarda, Dəniz Nəqliyyat Donanmasının yeməkxanasıda, Təlim Tədris Mərkəzində, “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda, Qızılgül parkında  yerinə yetirilib.

Proses ASCO-nun Sosial inkişaf və nəqliyyat şöbəsinin əməkdaşlarının nəzarəti ilə yerinə yetirilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır