Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-23,
Seanews
Heyder Eliyev

Sanitar təhlükəsizlik baxımından gəmilərdə içməli su mənbələri və tullantıların kənarlaşdırılması

“İçməli su” anlayışı içmək, yemək hazırlamaq, mətbəx və yeməkxana qab-qacağının yuyulması üçün istifadə olunan, eləcə də gəmi lazaretində işlədilən suyu əhatə edir.

İçməli suda patogen mikroorqanizmlər və zərərli kimyəvi maddələr olmamalıdır. İçməli suyun keyfiyyətinə, xüsusilə mikrobioloji tərkibinə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) “İçməli suyun keyfiyyətinə nəzarət” üzrə təlimatına müvafiq  qaydada nəzarət aparmaq lazımdır.

İçməli suyun çirklənməsini önləməkdən ötrü mənbədən istehlakçıyadək onun keyfiyyətini ciddi nəzarətdə saxlamaq lazımdır.

Gəmilərdə istifadə olunan içməli suyu ya distillə yolu ilə, ya da təbii mənbələrdən əldə edirlər. Distillə olunmuş su – bu, şirin və ya dəniz suyudur ki, əvvəlcə buxara, sonra isə yenidən suya çevrilir. O, qatışıqlardan nisbətən azaddır, amma o qədər də dadlı deyil.

Təbii mənbələrdən alınan sular isə  quyular, bulaqlar və şirinsulu sututarlar aiddir.

Komanda üzvlərinin sağlamlığının qorunması üçün bu cür suyu, bir qayda olaraq, xüsusi olaraq sahildə və ya gəminin özündə emal eləmək lazım gəlir. Amma qəti unutmaq olmaz ki, birmənalı şəkildə gəmilər üçün içməli su mənbəyi rolunu adətən liman şəhərinin su kəməri oynayır. Su gəmiyə ya yanalma körpüsündə yerləşən hidrantlarla vurulur, ya da sudoldurucu gəmilərdən alınır.

Hər bir gəmidə içməli su yüklənməsi üçün xüsusi şlanqlar olur. Bu şlanqları üzərində “Yalnız içməli su üçün şlanq” sözləri yazılmış xüsusi yeşikdə saxlanmalı və heç vəchlə digər məqsədlərlə istifadə olunmamalıdır.

Gəminin kapitanı şlanqların, bunların ştuserlərinin, eləcə də yanalma körpüsündəki sudoldurucu gəmidəki və öz gəmisindəki hidrantların təmizliyi və təhlükəsizliyinə cavabdeh olan xüsusi adam təyin edir. Bu hidrantlar yanalma körpüsü sudoldurucu gəminin göyərtəsi və bu gəminin göyərtəsi üzərindən 40 sm-dən az olmayan hündürlükdə yerləşməli və etibarlı bağlanan qapaqları olmalıdır. Hər bir bu cür hidrant aydın görünən “İçməli su” yazısı ilə təmin edilməlidir.

Çənlərdən içməli suyu bölüşdürücü kranlara müəyyən rəngə boyanmış, çarpaz birləşmələri olmayan borularla vermək lazımdır. Belə borular zəhərli olmayan metallardan və ya plastiklərdən hazırlanmalıdır. Bütün içməli su kranlarını geri axışdan hava arası və ya vakuum kəsicinin köməyi ilə qorumaq zəruridir.

İçməli suyun saxlanması

İçməli suyun kirlənməsinin qarşısını almaq üçün onun saxlandığı çənlərin digər mayelərin saxlandığı çənlərlə ümumi arakəsmələri olmamalıdır. Çən üzərində “İçməli su” yazısı ilə nişanlanmalı və sukeçirməz lükə (qapaqlara) malik olmalıdır, yaxşı olar ki, yandan. Bu çən suötürmə boru, qoruyucu klapan və ya ventillə təchiz edilməli, dibində dəliyi olmalıdır ki, onu tam boşaltmaq mümkün olsun və su səviyyəsi göstəricisinə malik olmalı və müəyyən təzyiqə davam gətirməlidir.

Baxış və qulluqdan ötrü çənlərin vaxtaşırı boşaltmaq lazımdır, bundan sonra onları diqqətlə təmizləmək və yumaq, bütün içməli su paylanışı sistemini isə dezinfeksiya etmək gərəkdir.İçməli su çənlərinə yalnız təmiz xüsusi geyim və ayaqqabıda girməyə icazə verilir, buraya daxil olan şəxslərdə dəri infeksiyaları, diarreya və hər hansı yoluxucu (infeksion) xəstəlik olmamalıdır.

Suyun gəmiyə vurulması

 Əgər siz içmək üçün suyu əvvəllər istifadə etmədiyiniz ya da sizdə şübhə oyadan mənbədən götürürsünüzsə, öz agentinizdən soruşun: bu mənbədəki suda patogen mikroorqanizmlər və ya zərərli maddələrin olması ehtimalı nə qədərdir? Yadda saxlayın ki, şəffaf, parıltılı suda xəstəlik törədiciləri, məsələn, vəba vibrionları, yaxud zərərli maddələr, misal üçün, qurğuşun ola bilər.

Əgər siz belə hesab edirsinizsə, bu mənbədəki su içmək üçün yararlıdır, öz gəmimizdəki içməli su çənlərini qaydaya salın. Sahildəki yoxlama hidrantının və gəmidəki qəbuledici kranın yaxşı təmizləndiyini yoxlayın.

Şlanqı yoxlayın, əmin olun ki, o təmizdir, işçi vəziyyətdədir və cırığı yoxdur (bunlardan şlanqa patogen mikroorqanizmlər düşə bilər). Diqqət yetirin ki, şlanqın ucları yanalma körpüsündə sürünməsin, dənizə düşməsin və gəmimizin göyərtəsi boyu sürüşməsin.

İçməli suyun dezinfeksiyası

ÜST-nin içməli suyun keyfiyyətinə nəzarət üzrə Təlimatına (İçməli suyun keyfiyyətinə dair təlimatlar, dördüncü nəşr; Ümumdünya Səhiyyə Təşkilatı; Cenevrə. 2011)  uyğun olaraq, xlorla səmərəli dezinfeksiyanın təmin edilməsi üçün aşağıdakı şərtlərə əməl etmək zəruridir:

* yaxşı olar ki, bulanıqlıq 1 nefelometrik vahiddən az olmasın;

* təmas müddəti 30 dəqiqəni aşmalı (xlorun suda tam həll olması üçün 30 dəqiqədən çox gözləmək daha məsləhətdir), pH 8,0-dan az olmalı, qalıq sərbəst xlor yığımı isə 0,2-0,5 mq/l təşkil etməlidir.

Qeyd edilməlidir ki, xatırladılan şərtlərə əməl olunması heçdə suda sadə patogenlərin və helmintlərin olmamasına zəmanət vermir, çünki bu orqanizmlər xlorun təsirinə qarşı bakteriya və viruslardan daha davamlıdırlar. Sadələrin və helmintlərin olmamasını təmin etmək üçün suyu xlorlamazdan əvvəl filtrləmək lazımdır. Əlbəttə, ən yaxşısı, suyu bunların olmadığı mənbədən götürməkdir.

Distilləedicilər

Xlorlayıcını distilləedici ilə kompleksdə tətbiq etmək, içməli suyun məqbul və orqanizim üçün daha təhlükəsiz keyfiyyətini təmin edir. Çənlərin  boşaldılması və təmizlənməsindən sonra, eləcə də kirlənmə təhlükəsi yarandıqda bütün içməli su paylama sistemini xlorlamaq zəruridir.

Mayelərin nəqli üzrə gəmi sistemləri

Xüsusiləşdirilmiş boru xətlərinə aiddir:

  1. Drenaj sistemi -  drenaj sularını toplayır və gəmidən kənara axıdılır;
  2. Təmiz ballast sistemi - lazımi diferenti, gəminin ləpəyə davamlılığını və gəminin suya oturumunu dəstəkləyir;
  3.  Yanacaq və yağ ballastı sistemləri – bu sistem vasitəsilə təmiz yanacaq və dəniz suyu ilə qatışıqda ballast olaraq istifadə olunmuş yağ ötürülür.
  4. Daha bir xüsusiləşmiş sistem yanğın əleyhinə sistemdir ki, o, suyu təzyiq altında yanğın hidratlarına, eləcə də göyərtənin və lövbərin yuyulması üçün vurur.
  5. Sanitar sistemi üçün istifadə edilən texniki su -  təharətin (unitazın) yuyulmasında istifadə edilir,
  6. Camişirxana və əl-üz yumaq üçün istifadə edilən su şirin  olmalıdır. Sanitar sistemi üçün istifadə edilən su təchizatı sistemi digər boru xətlərindən müstəqil olmalıdır və onun bütün kranları üzərində belə yazılmalıdır: İÇMƏK ÜÇÜN YARARLI DEYİL.
  7. İçməli su təchizatı sistemi- bu çox mühümdür, belə ki, içməli suyun paylanması sistemi etibarlı şəkildə müdafiə olunmalı və digər sistemlərdən izolə edilməlidir. İçməli su ona aid olan təhcizat sistemləri vasitələrilə  içməli su fəvvarəciklərinə, eləcə də yuyunma və qida hazırlığı kranlarına verilir.

Maye və bərk tullantıların kənarlaşdırılması

Maye tullantılara - natəmizliklər və bu kimi üzvi materiallar (nəcis, sidik, selik, qusuntu kütləsi); çirkab sular; müxtəlif çənlərdən, türmlərdən və maşın şöbəsindən axıntı sular aiddir.

Kanalizasiya sistemində olanlarla birlikdə bu tullantıları, su ilə qarışdırır və xüsusi borularla gəmidən kənarlaşdırırlar.

Sərt tullantılara - yüksək temperaturun və təzyiqin təsiri olmadan tez bir zamanda parçalanmayan istənilən bərk əşyaları aid edirlər.

Gəmidəki bərk tullantılara həmçinin istifadə edilmiş sarğı materiallarını, birdəfəlik bağlamaları və digər əşyalarda aid edilə bilər.

Həm maye, həm də bərk tullantılar heyyət üzvlərinin sağlamlığı üçün təhlükə yaradır. Suyun və ya qidanın bu tullantılarla kirlənməsi qarın yatalağı, vəba və dizenteriya əmələ gətirə bilər. Qida tullantılarını kəsəyənlər, milçəklər və digər xəstəlik daşıyıcıları yeyirlər. Ona görə də tullantıları gəmidən kənarlaşdıranda müəyyən ehtiyat tədbirlərinə riayət etmək lazımdır ki, komanda üzvlərinin və gəmidən kənarda olan şəxslərin sağlamlığına zərər yetirilməsin.

Dr.Adıgözəl Məmmədov  - Dənizçilərin sağlamlığının qorunması ilə bağlı maarifləndirici layihələrin rəhbəri 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır