Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

Viruslar necə yaranır? 

Virus (lat. virus - "zəhər") — ən bəsit canlı orqanizmdir. Çox vaxt canlı yox, yarı-canlı orqanizm olaraq qəbul edilir. 1892-ci ildə D.İ.İvanovski sübut edib ki, bu kiçik hissəciklər asanlıqla kiçik məsamələrdən keçə bilirlər. Ona görə bunlara viruslar və ya süzülən viruslar adı verildi. Əksər viruslar irsi materialdan və qoruyucu örtük olan kapsiddən təşkil olunmuşdur.Virusları xaricdən örtən membran zülal örtüyü adlanır.

Virusun RNT-si zülal örtüyünün (yəni kapsidin) içərisində yerləşir.

Viruslar həm prokariot, həm də eukariotmikroorqanizmlərdən bir sıra əlamətlərinə görə fərqlənirlər ki, bunlar aşağıdakı əlamətlərdir:

1.Viruslar ancaq bir tipli nuklein turşusuna (DNT ya da RNT) sahibdirlər.
2.Hüceyrə quruluşu yoxdur.
3.Böyümə və ikiyə bölünmə qabiliyyətinə malik deyillər.
4.Xüsusi metabolik sistem yoxdur.
5.Öz tərkib hissəsinin hesabına deyil, sahib hüceyrənin hesabına çoxalır.
6.Xüsusi zülalını sintez etmək üçün sahib hüceyrənin ribosomundan istifadə edir.
7.Genetik parazitdir.

Viruslar ekosistemdə demək olar ki, hər yerdə mövcuddurlar. Virusları mikrobiologiyanın bir bölməsi olan virusologiya öyrənir. Virusların sahib hüceyrədən kənar forması virionlar kimi adlanır. Virus hissəcikləri adətən 2 yaxud 3 hissədən ibarət olur:

1.Genetik informasiyanı daşıyan DNT, yaxud RNT-dən təşkil olunmuş genetik material
2.Bəzi hallarda genləri əhatə edən protein qatı
3.Proteinləri əhatə edən lipid təbəqəsi.

Bütün viruslar Vira aləmi altında birləşdirilir. Tərkibində olan nuklein turşusunun tipinə görə 2 yarım aləmə ayrılır: DNT tərkibli viruslar və RNT tərkibli viruslar. RNT tərkibli viruslar riboviruslar, DNT tərkibli viruslar isə dezaksiriboviruslar kimi tanınırlar.

RNT tərkibli viruslara misal olaraq Ortomyxoviridae (qrip virusları), Paramyxoviridae (buraya qızılca, epidemik parotit və digər viruslar daxildir), Rhabdoviridae (quduzluq, vezukulyar stomatit və s.), Retroviridae (QİÇS virusu və s.), Picornaviridae (enteroviruslar, A hepatit virusu və s.), Reoviridae (reoviruslar, rotoviruslar) və digərlərini göstərmək olar.
DNT tərkibli qrupa isə Poxviridae (məs: təbii çiçək virusu, çiçək vaksini virusu və b. ), Herpesviridae qrupu (sadə herpes, su çiçəyi, sitomeqaliya virusları və s.), Hepadnoviridae (insanın B hepatit virusu), Adenoviridae (insanın adenovirusları), Parvoviridae (adenoassosiyalaşmış viruslar) və digərləri daxildir.

Virusları spiralvari və sferik formalardan başlamış müxtəlif mürəkkəb quruluşlara qədər geniş miqyasda dəyişirlər. Ümumiyyətlə, virusların orta ölçüsü bakteriyaların orta ölçüsünün təxminən yüzdə birinə bərabərdir.

Biz bu gün,xüsusən, RNT tərkibli qrip virusu olan koronoviruslar üzərində dayanacağıq.

Koronaviruslar (latınca – Coronaviridae) genomu birzəncirli RNT-dən ibarət viruslar ailəsi olub 40 növə malikdir. Koronavirus zoonotoic (heyvandan keçən) virus olub məməlilərdə və quşlarda xəstəlik törədir və insanlara da heyvanlardan keçdiyi məlumdur. Bu gün təhlükə mənbəyinə çevrilən koronavirusun COVİD-19 ştamının pandemiya törədəcək xassəyə malik olması onun rekombinasiya (reassortiment) etməsinə, yəni onun gen mübadiləsinə girərək yeni xassə əldə etməsi ilə bağlıdır. Yeni xassə ondan ibarətdir ki, koronaviruslar digər viruslar kimi hüceyrə membranına istənilən yerdən deyil, transmembran reseptorları aldadaraq, hüceyrənin həyat fəaliyyəti üçün vacib proteinləri imitasiya edərək daxil olur, hüceyrəni aldadır. Ona görə də immun sistem onu tanımır, onunla mübarizə aparmır. Yüksək kontagiozluq və inkubasiya dövrünün uzun olması yayılmanın əsas səbəblərindəndir, lakin virus xarici mühitdə davamsızdır. Virusun kapsidində S-zülallardan ibarət tacın olması onun açıq sahədə yaşam şansını aşağı endirir. Çünki sərbəst oksigen və digər oksidləşdiricilər S-zülalları denaturasiya edərək virusu zədələyir. Dehidratasiya (susuzlaşma) da virusu güclü zədələyən amillərdən biridir. Xarici mühitdə virus +26°С dərəcədə 16 saat müddətində, +56°С isə 10 dəqiqədə fəallığını itirir. Virus parçada 6-12 saat, suda 9 saat qala bilir. 

Karantin qaydalarına ciddi əməl etməklə tövsiyə edilir:

1. Əllərin, ağız və burun boşluqlarının gigiyenasına xüsusi diqqət edin. Əlləri tez-tez, isti su altında, sabunla yaxşı yuyun (xüsusilə qida qəbulundan öncə və sonra). Bu virusun dərinin yağ qatı ilə birgə dəridən mexaniki yolla silinib getməsinə gətirib çıxarır. Dezinfeksiyaedici məhlullardan yalnız 80%-dən yuxarı etanol (etil spirti) əsaslı olan məhlullardan istifadə edin. Əllərin spirt tərkibli antiseptiklərlə işlənməsi 30 saniyədən (80-85%-li etil spirti əsaslı gellər, məhlullar) 2 dəqiqəyə qədər (70%-li etil spirti, 1%-li xlorheksidin məhlulu) virusu zədələyir və sıradan çıxarır.
2. Boğazı isti su ilə tez-tez 1%-li xlorqeksidin məhlulu ilə qarqara edin.
Boğazı qıcıqlanan şəxslər bunu daha çox etsinlər. 
3. Xəstə adamlar asqıranda və öskürəndə əmələ gələn hava-damcı 1 metr radiusdan böyük məsafəyə yayılmaq imkanına malik deyildir. Yalnız maska-respirator 95 və FFP (Filtering Face Piece) tipli maskalardan FFR-3 istifadə edin. Nəzərə alın ki, virus gözün selik qişasından da insana keçə bilər.
4. İdmanla məşğul olun. Bu yolla , immun sistem güclənir.
5. Karantin şərtlərinin imkan verdiyi qədər kayutların havasını dəyişin. 
6. Kaliorili qidalanın. Proteinli qidalar və meyvə-tərəvəz (isti su altında yaxşı yumaq şərtilə) istifadə edin.
7. ÜST-nın məlumatına görə son günlər aparılan intensiv tədqiqatlar (ABŞ, Fransa, Çin) nəticəsində aydın olmuşdur ki, yuxarıda qeyd etdiyimiz koronovirusun(COVİD-19) müalicəsində Chloroquine və ona əlavə olaraq antibiotik azitromisinin birgə qəbulu böyük effekt verir. Belə ki, bu virusa yoluxmuş xəstələr gündə 600mg chloroquine və azitromisin qəbul etdikdə 80% pasientlərdə bu xəstəlik yüngül keçir və bəzi hallarda isə müalicə müddətində bu xəstəlik yuxarı tənəffüs yollarında fəsadlaşma kimi, az bir halda isə ağciyərin pnevmoniyası kimi özünü biruzə verə bilir. Bu fəsadlaşma isə yaşı 65-dən yuxarı və xroniki xəstəlikləri olan insanlarda daha çox baş verir. Əks-göstərişi olmayanlar proflaktik məqsədlə chloroquine 7 gün müddətində gündəlik 100 mq həcmində qəbul edə bilərlər. 
8. Gəmilərdə karantin üçün izolyasiya kayutaları təşkil edilməli və bu kayutu hər gün 30 dəqiqə kvars lampalı ultrabənövşəyi şüalarla dezinfeksiya etmək tövsiyə edilir. 
9.Qida qablarının dezinfeksiyası xlor tərkibli və ya 80 dərəcəli spirtli məhlulla və ya bir dəfəlik qablardan istifadə edilməli.
10.Qabaqlayıcı tədbirlər kimi bütün heyyət üzvülərinə, ən effektiv vasitə kimə hər gün " İnterferon" tərkibli dərmanlardan istifadə edərək səhər və axşam buruna damızdırmalı .
11.Gəmi heyyətinin pandemiya bölgələrində liman sahillərinə çıxılmasını yalnız istisna hal kimi icazə vermək və bu halda virusdan qorunmaq üçün bütün qabaqlayıcı tədbirlər həyata keçirilməli. 
12. Hipotetik olaraq əgər hər bir halda qripə yoluxmuş ekipaj üzvü varsa onu izolyasiyalı karantin kayutuna salmaq, onunla digər ekipaj üzvülərinin kontaktını sıfıra endirmək, limana gələnə qədər xəstənin dərman və qidalanmasına nəzarət etmək üçün yalnız xüsusi olaraq geyimlər geyərək karantin kayutuna daxil olaraq təmin etmək, karantin kayutundan çıxdıqdan sonra xlor tərkibli məhlullarla xüsusi geyimləri dezinfeksiya etmək lazımdır.Limana gəldikdə isə qaynar xətlə tibbi evakuasiya briqadasın dəvət edərək koronovirusla bağlı xüsusi təlimata uyğun xəstə təxliyə olunmalıdır.Xəstənin təxliyəsindən sonra karantin izolyasiyası kayutundakı əşyaları sanitar-epidemioloqlar tərəfindən utelizasiya olunmalı və bütün gəmi xlor məhluları ilə dezinfeksiya edilməlidir.

Adıgözəl Məmmədov
ASCO - nun Sosial məsələlər və nəqliyyat şöbəsi


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır