Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-02-13,
Seanews
Heyder Eliyev

Gəmiqayırma zavodları üçün qaynaq robotları hazırlanacaq

“Fincantieri” və “Generative Bionics” şirkətləri gəmiqayırma zavodlarında istifadə üçün humanoid (insanabənzər) qaynaq robotlarının hazırlanmasına dair tərəfdaşlığa başlayıb. Layihənin məqsədi ağır fiziki işlərin avtomatlaşdırılması və ixtisaslı işçi çatışmazlığının aradan qaldırılmasıdır.

“Seanews.az” xəbər verir ki, hazırlanacaq robotlar qaynaq tikişlərini izləmək üçün görmə və analiz sistemləri ilə təchiz olunacaq. Onların insan işçilərlə eyni sahələrdə çalışaraq təkrarlanan və ergonomik baxımdan çətin əməliyyatlarda kömək etməsi nəzərdə tutulur.

Layihə dörd il müddətinə planlaşdırılıb. İlk sınaqların 2026-cı ilin sonunadək Sestri Ponente gəmiqayırma zavodunda keçirilməsi gözlənilir. Şirkətlər iki il ərzində robotların əsas funksiyalarını hazır vəziyyətə gətirməyi, daha sonra isə sənaye sertifikatlaşdırılması mərhələsinə keçməyi planlaşdırır.

“Fincantieri” İtaliyanın ən böyük gəmiqayırma şirkətlərindən biri olmaqla, həm mülki, həm də hərbi gəmilərin tikintisi üzrə dünyanın aparıcı qruplarından hesab olunur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır